Mühəndis-Topoqraf

İşin təsviri

Mühəndis-Topoqraf

GAS – Bakı,  Azәrbaycan 

İşin təsviri

BU VƏZİFƏYƏ MÜRACİƏT ETMƏK ÜÇÜN DƏNİZDƏKİ TƏDQİQATLARDA VƏ İNŞAAT İŞLƏRİNDƏ MÜHƏNDİS-TOPOQRAF KİMİ TƏCRÜBƏ TƏLƏB OLUNUR

E-POÇT OBYEKTİ: GAS-AZ-003-2014

Vəzifənin məqsədi:

Mühəndis-Topoqraf Tədqiqat Qrupunun Rəhbəri və / və ya Layihə Rəhbəri tərəfindən müəyyən olunan qaydada ofis və sahə ilə bağlı mühəndislik məsələlərini yerinə yetirir. 

Əsas Sәlahiyyәt Sahələri

• İşin layihə hədəflərinə, texniki şərt, iş üsulları və iş praktikalarına uyğun olmasına təminat verməklə, verilən işi yerinə yetirmək
• Tədqiqat üsullarına və sifarişçi tələblərinə uyğun olaraq, koordinasiya və naviqasiya tapşırıqlarını yerinə yetirmək
• Sahədəki avadanlıqların təmiri, texniki baxış və sınaq işləri üzrə məsuliyyət daşımaq
• Mühəndislik-texniki hesabatları verilən formatda tərtib etmək
• Şirkətin Keyfiyyətə Təminat / SƏTƏM standartlarına riayət etmək və   Keyfiyyətə Təminat / SƏTƏM sistemi və onun tələblərinə riayətin olunmasına dair hərtərəfli məlumatlılıq nümayiş etdirmək
• Tədqiqat Qrupunun Rəhbəri tərəfindən tələb olunduğu kimi, özünün səlahiyyətləri çərçivəsində digər vəzifələri yerinə yetirmək
• Dənizdəki digər sahə personalı, Layihə Rəhbərliyi və layihə əsaslı Təsdiq və Hesabatvermə Meneceri ilə sıx əməkdaşlıq şəraitində çalışmaq

Arzuolunan vərdiş və təcrübələr

• İxtisas göstəriciləri/Təsdiqlənmiş təcrübə
• Mühəndis-Topoqraf kimi ən azı 5 illik təcrübə
• Mühəndislik və ya aidiyyatı sahə üzrə Bakalavr dərəcəsi və ya Diplomu və dənizdəki əməliyyatlar üzrə müvafiq təcrübə
• Kompüter əməliyyatları barədə tam məlumatlı olmaq və proqram təminatından istifadə etmək qabiliyyətinə malik olmaq
• USBL Acoustics, QINSy software, ROV Interfacing, Rəqəmsal Video proqramlar təminatları üzrə təcrübəli
• İngilis dili biliyi
• Mükəmməl ünsiyyət qurmaq bacarığına malik komandada iş aparmaq səriştəsi
• Yerli və beynəlxalq dəniz əməliyyatlarında işləmək, həmçinin beynəlxalq dəniz əməliyyatları üçün səfər etmək imkanına malik olmaq 
• İnşaat işləri / koordinasiya layihələrində yardımçı fəaliyyət təcrübəsi

E-mail: [email protected]

GAS Geological Assistance and Services SRL tərəfindən digər vakansiyalar