Tədqiqat Qrupunun Rəhbəri

İşin təsviri

Tədqiqat Qrupunun Rəhbəri

GAS – Bakı, Azərbaycan

İşin təsviri

BU VƏZİFƏYƏ MÜRACİƏT ETMƏK ÜÇÜN GEOFİZİKİ TƏDQİQATLARDA VƏ MÜVAFİQ İNŞAAT İŞLƏRİNDƏ TƏDQİQAT QRUPUNUN RƏHBƏRİ KİMİ PEŞƏKAR SƏRİŞTƏ TƏLƏB OLUNUR

E-POÇT OBYEKTİ: GAS-AZ-002-2014

Vəzifənin məqsədi:

Dənizdəki əməliyyatlar zamanı işçi heyətə rəhbərlik etmək, tədqiqatdan irəli gələn tapşırıqların icrasına  nəzarət etmək, və Şirkətin normativ sənədlərində təsvir olunan prosedurların və SƏTƏM/ Keyfiyyət standartlarına müvafiq olaraq, layihələrin vaxtında, effektiv və peşəkar səviyyədə, başa çatdırılmasına təminat vermək. 

Əsas Sәlahiyyәt Sahəsi

• Dənizdəki çoxsaylı tədqiqat layihələrinin icrası və tamamlanmasına məsuliyyət daşımaq.
• Layihələrin hazırlanması, onların əməliyyatlar vasitəsilə tətbiqi və tamamlanma mərhələlərini yerinə yetirməklə layihələr üzrə gündəlik nəzarəti yerinə yetirmək və bu işlər üzrə məsuliyyət daşımaq
• Sahədəki işçi heyətin fəaliyyətinin istiqamətləndirilməsində Qrup Rəhbəri, supervayzer və əlaqələndirici öhdəliklərinin yerinə yetirilməsi
• Sifarişçinin Nümayəndəsi ilə birbaşa əlaqəni təmin etmək      
• Aidiyyatı avadanlıqların yoxlanılması və kalibrləməsi ilə gəmilərin mobilizasiya/demobilizasiyasını yerinə yetirmək  
• Tədqiqat zamanı əldə olunan bütün məlumatların toplanması və arxivləşdirilməsi üzrə həmçinin dənizdəki əməliyyatların sonunda həmin məlumatların təqdim edilməsi üzrə məsuliyyət daşımaq
• Gəmidəki SƏTƏM Rəhbərliyinin fəaliyyətinə məsuliyyət daşımaq 
 
Arzuolunan vərdişlər və təcrübə

Əsas davranış səriştələri

• Mükəmməl tənqidi düşünmə və problemləri həll etmək bacarığı
• Planlaşdırma və təşkilatçılıq vərdişləri
• Qərar qəbul etmək bacarığı
• Mükəmməl ünsiyyət qurmaq, təsir etmək və idarəetmə bacarığı,
• Təmsil etmək bacarığı
• Komanda daxilində yanaşma tərzi bacarıqları
• Danışıqlar aparmaq bacarığı
• Mübahisələrin idarə edilməsi
• Uyğunlaşma
• Gərgin vəziyyətlərə dözümlülük
• Vaxtın İdarə edilməsi
• Səfər etməyə hazırlıqlı olmaq

İxtisas göstəriciləri/ Təsdiqlənmiş təcrübə

• Dənizdəki tədqiqatlarda Tədqiqat Qrupunun Rəhbəri kimi ən azı 5 illik iş təcrübəsi 
• Geofizika, Geologiya və ya Mühəndislik ixtisaslarına üstünlük verilməklə, Universitet məzunu 
• İngilis dilində peşəkar yazma və ünsiyyət yaratma qabiliyyəti
• Mükəmməl surətdə tədqiqat tezislərinin yazılı tərtibatı səriştəsi
• Kompüter biliyi: Ofis proqram təminatları paketi (Microsoft Project daxil olmaqla),  Autocad proqram təminatı paketi

E-mail: [email protected]

GAS Geological Assistance and Services SRL tərəfindən digər vakansiyalar