İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Yığılmış və ya tamamlanmamış məhsulları idarə etmək üçün ətraflı təhlillər aparmaq, maketlər və proses diaqramları yaratmaq, həll edilməli məsələləri prioritetləşdirərək backlog-u idarə etmək.
 
	- Proseslərin vaxtında, büdcə və keyfiyyət standartlarına uyğun tamamlanmasını təmin etmək, ətraflı fəaliyyət planları və büdcələr hazırlamaq, resursları effektiv şəkildə idarə etmək.
 
	- Həllərin uğurlu tətbiqini təmin etmək üçün İstifadəçi Qəbul Testlərini (UAT) və unit testləri həyata keçirmək, dəyişiklikləri idarə etmək, riskləri qiymətləndirmək və problemsiz buraxılış təmin etmək.
 
	- İT və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq edərək uğurlu nəticələr əldə etmək.
 
	- Gedişat, proqres, xərclər və əldə edilən üstünlüklər barədə yüksək rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
 
	- Öhdəlikləri və xərcləri proqnozlaşdırmaq, izləmək və idarə etmək, plandan hər hansı yayınmaları müəyyən edərək lazımi tövsiyələr vermək.
 
	- Şirkətə xidmət göstərən şirkətxarici komandaları idarə etmək, onları yönləndirmək və motivasiya etmək.
 
Professional biliklər:
	- Prosses və Layihə İdarəetmə Vasitələri; Lucidchart, MS Project, MS Visio, JIRA və s.
 
	- Marketinq büdcələri haqda anlayış
 
	- MS Office proqramları (xüsusilə yaxşı səviyyədə Excel)
 
Təhsil:
	- Sənaye, İdarəetmə, Proqram Təminatı, İnformasiya Sistemləri, İdarəetmə Məlumat Sistemləri, Mühəndislik fakültələrindən birindən məzun olması üstünlükdür.
 
İş təcrübəsi:
	- E-Ticarət sahəsində minimum 2 il Məhsul sahibi (Product owner) olaraq təcrübə
 
	- Proqram təminatçılarının və dizaynerlərin komandalarını idarə etmək təcrübəsi
 
	- Rəqəmsal məhsul və xidmətlərin inkişaf, çatdırılması sahəsində liderlik etmə təcrübəsi
 
	- Sprint planlamasını və gündəlik stend-up-ları asanlaşdırmaq təcrübəsi
 
Professional bacarıq və səriştələr:
	- Azərbaycan dilində səlis danışıq və ikinci dil kimi rus dilini yaxşı səviyyədə bilmək
 
	- Güclü analitik bacarıqlara malik olmaq, rəqəmlərdən və hesabatlardan kommersiya nəticələrini şərh etmək və fəaliyyət planı yaratmaq bacarığına malik olmaq.
 
	- Veb analitika alətləri (Google Analytics, Looker Studio, Amplitude, Yandex Metrica və s.)
 
	- Əvvəllər layihənin idarə edilməsində aktiv rol almış və PMP sertifikatına malik olanlara üstünlük verilir
 
	- Agile və Waterfall prosesləri haqqında biliklər
 
	- Prosses sahibləri ilə birlikdə biznes proseslərini təhlil etmək, araşdırmalar aparmaq və proseslərdə müəyyən edilmiş təkmilləşdirmə sahələrini və inkişafları izləmək.
 
	- Güclü problem həll etmə və ünsiyyət bacarıqları, həll yönümlü və komanda işinə meyilli
 
	- Təkmil planlaşdırma, iş təqibi, təşkilatçılıq və hesabat vermə bacarıqlarını öyrənməyə açıq
 
	- Yaxşı ünsiyyət bacarıqlarına, güclü insan münasibətlərinə, fəal və yüksək təşəbbüskarlıq qabiliyyətinə malik olmaq
 
	- Nəticə yönümlü və təfərrüat yönümlü olmaq
 
	- Güclü analiz qabiliyyəti, yüksək planlaşdırma bacarığının olması
 
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məhsul sahibi (Product owner, E-commerce)” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.