Satış məsləhətçisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştərilərin gülərüzlə qarşılanması və müştəri ehtiyacının aşkarlanması
  • Müştəri ehtiyacına uyğun olaraq uyğun məhsulların təqdimatı
  • Uyğun məhsul olduqda satış prosesinin həyata keçirilməsi və bitirilməsi
  • Mağaza stokuna nəzarət edərək, azalan malları zavoda sifariş etmək
  • Zavod tərəfindən razılaşdırılmış korporativ satışın ödənişini dəqiqləşdirmək daha sonra məhsulu müştəriyə təhvil vermək
  • Müştərilərə qaimənin təqdim edilməsi
  • Müştəri istəyinə əsasən qiymət təklifinin hazırlanması
  • Satışı yekunlaşan müştərini öz iştirakı ilə kassaya yönləndirmək
  • Satışı yekunlaşan məhsulun çatdırılmasını təmin etmək
  • Yekunlaşan satışın çatdırılmadan sonra təhvil-təslim aktının mühasibatlığa verilməsi
  • Məhsul tanıtımı video çəkilişlərində məhsullar haqqında təqdimat etmək.

Vəzifə üzrə tələblər:

  • Yaşı: 21-30 yaş
  • Təhsil tələbləri: Bakalavr
  • Staja dair tələb: Ən azı 1 il (tikinti və ya elektrik avadanlıqları satışı sahəsində çalışması üstünlükdür)

İxtisas səriştələri:

  • Effektiv ünsiyyət
  • Satış bilikləri
  • Təqdimetmə
  • Operativlik
  • Dəqiqlik

Kompüter biliklərinə dair tələblər:

  • MS Office Outlook1 C

Dil bilikləri:

  • Azərbaycan və Rus dili üstün səviyyədə olmalı. İngilis dili isə arzuolunandir.

İş şərtləri:

  • 6 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
  • Əmək haqqı: fiks 650 AZN + bonus
  • İş yeri Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Satış məsləhətçisi” yazaraq göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.