İşin təsviri
Vəzifə öhdəlikləri:
- Tədqiqatların aparılmasınını, onun üçün zəruri olan informasiyanın toplanılmasını, işlənməsini və marketinq informasiya sisteminin yaradılmasını təşkil etmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər vermək;
- Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə etmək;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsullarının reklamını təşkil etmək;
- Xarici satış kanallarını müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onların nəzarətini və təhlilini aparmaq;
- İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil etmək;
- İstifadə olunan saytların effektivliyini təhlil etmək;
- Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll etmək.
Namizədə dair tələblər:
- Marketinq sahəsində 1-3 illik təcrübə
- Araşdırma bacarığının olması (bazar, məhsul, rəqəmsal üzrə)
- Deadline ilə işləməyi bacarmalı
- Azərbaycan/ rus dillərini mükəmməl, ingilis dilini yaxşı bilmək;
- MS Office proqramlarında işləmək bacarığı;
- Dəqiq, punktual və çevik olmalı
İşin təsviri:
- İş yeri: Abşeron rayonu, Masazır dairəsi;
- İş saatı: Həftə içi 6 iş günü (qısaldılmış);
- Nahar şirkət tərəfindən verilir;
- Əmək məcəlləsinə uyğun rəsmi qeydiyyat;
- Əmək haqqı razılaşma yolu ilə.
Vakant yerlərə uyğun olan şəxslərdən vəzifə adı qeyd etməklə CV elekton poçt ünvanına göndərməkləri xahiş edilir.