İşin təsviri
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, vəzifə dəyişikliyi, işdən azad edilməsi və digər əməliyyatları icra etmək
- İR əməliyyatları üzrə bildirişləri ƏMAS elektron sisteminə daxil etmək
- İşçilərin şəxsi işlərinin formalaşdırılmaq və qeydiyyatını aparmaq
- Qanunvericiliyin tələblərinə əsasən İR üzrə digər sənədləri tərtib etmək və daimi nəzarət etmək
- Digər İnsan Resursları əməliyyat proseslərinə dəstək olmaq
Tələblər:
- Müvafiq sahə üzrə 2-5 il iş təcrübəsi
- Əmək qanunvericiliyini və Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək
- ƏMAS sistemi ilə yüksək səviyyədə işləmək bacarığı
- MS Office
- Məsuliyyətlilik və yüksək kommunikasiya bacarıqları
Vakansiyaya uyğun namizədlər CV-lərini “İnsan Resursları üzrə baş mütəxəssis (Sumqayıt)” başlığı ilə e-mail ünvanına göndərə bilərlər.