Beton zavodu operatoru

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 22.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Beton zavodu (Bakı, Balaxanı)

Tələblər:

  • Ali və ya orta texniki təhsil; 
  • Beton istehsalı və keyfiyyəti üzrə biliklər;
  • Əlaqəli sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
  • Ünsiyyət.

Vəzifə və Öhdəliklər:

  • Beton istehsalını müvafiq tələblərə uyğun şəkildə icra etmək, qarışıqların düzgün hazırlanmasını təmin etmək;
  • Beton istehsalı üçün lazım olan çınqıl, qum, sement və suyun düzgün miqdarda yığılmasını təmin etmək;
  • İstehsal olunan beton qarışıqlarının keyfiyyətini yoxlamaq, müvafiq standartlara uyğunluğunu təmin etmək;
  • İstehsal olunan betonun miqdarı, tərkibi və istehsal vaxtı ilə bağlı müvafiq sənədləri dəqiq doldurmaq;
  • Müvafiq istehsal planına uyğun olaraq betonu zamanında hazırlamaq və müştəri tələblərinə uyğun göndərmək;
  • İş zamanı şəxsi təhlükəsizlik və ətrafdakıların təhlükəsizliyini təmin etmək üçün bütün təhlükəsizlik qaydalarına riayət etmək;
  • Hər hansı texniki və istehsalatla bağlı problemləri vaxtında aşkar edib, rəhbərliyə bildirmək və operativ həll yollarını tapmaq;  
  • Digər operatorlar, sahə rəhbərliyi və müştərilərlə müntəzəm əlaqə saxlamaq, işlərin koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etmək;
  • Fövqəladə hallarda (nasazlıq, qəza və s.) operativ tədbirlər görmək və müvafiq təhlükəsizlik planlarına əməl etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
  • Beton istehsalı ilə bağlı müvafiq təlimatları yerinə yetirmək, şirkət standartlarına riayət etmək və keyfiyyətə nəzarət etmək.

CV-ləri məktubun mövzu xanasında “Beton zavodu operatoru Bakı” qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi