Motorist

  • Group Motors
  • Elanın qoyulma tarixi: 17.08.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Motorist

ÜMUMİ MƏLUMAT

Standartlara uyğun, təhlükəsiz  və səmərəli şəkildə yoxlama, təmir,  dövri xidmət və quraşdırma işlərini  yetirir. Standartlara müvafiq yerli Şirkətin təsdiq etdiyi təhlükəsizlik texnikası və əməyin mühafizəsinə dair təlimatlarını yerinə yetirir.
Göstərilən xidmətlər idarəolunmanı, asqı sistemini, razval və nizamlama işlərini, sükan mexanizmini, istilik və soyutma sistemini, əyləc və xaricetmə sistemini və s. özündə cəmləşdirir.

Əsas vəzifələri və cavabdehlikləri:

• Profesional obraz , müsbət münasibət və təmiz iş sahəsi nümayiş etməklə Şirkətin inkişafına kömək etməlidir.
• Yol şəraitində sınaq keçirərək təmirin keyfiyyətlə yerinə yetirilməsindən əmin olmalıdır.
• Əlavə işlər barədə Müştərinin xəbərdar edilməsi üçün Servis Məsləhətçisinə və ya Supervayzerə məlumat verməlidir.
• Xidmət və təmir işlərini təyinatına uyğun yüksək keyfiyyətlə yerinə yetirməli və görülmüş
• işlərin keyfiyyətinin yoxlanılması məqsədilə və ya yol şəraitində sınağı üçün Keyfiyyət İşləri üzrə Menecerə təhvil verməlidir.
• Ehtiyat hissəsini tələb etməzdən əvvəl bütün lazımi informasiyaları toplamalıdır. ( model, ili, iş kartının nömrəsi və s. )
• Lazımi alətlər barədə məlumat verməli və alətləri yaxşı vəziyyətdə saxlamalıdır.
• Təlimata uyğun olaraq zəmanət xidmətlərini yerinə yetirməlidir.
• Təhlükəsizlik qaydaları və təhlükəli tullantılar barədə xəbərdar olmalı və müvafiq göstərişləri yerinə yetirməlidir.

TƏHSİL

•  Tam və ya natamam ali təhsil.
•  Hazırlıq kursları və ya avtomobil sahəsi üzrə treyninq və sertifikatlar.
•  Sürücülük vəsiqəsi.

TƏCRÜBƏ

• Minimum 3 il avtomobil təmiri sahəsində
• Lazımi alətlərdən istifadə etmək bacarığı.

İŞ SAATLARI

Bazar ertəsi – Şənbə; 09.00 – dan 18.00 – dək.

FİZİKİ TƏLƏBLƏR

• Servis Mərkəzində hərəkət etməklə təmir və xidməti tamamlamaq
• Əl və ya havalı alətlərdən və avadanlıqlardan standartlara uyğun istifadə
• Kompyuterdən istifadə etməklə məlumatların axtarılması
• Minimum 7 saat ayaqüstə qalmaq imkanı
• Əymək, dartmaq, qaldırmaq, çatmaq və qalxmaq
• Fiziki və mexaniki cəldlik
• Avtomobil idarəetmə təcrübəsi
• 70 kq-dan artıq yük götürmə imkanı
• Standartlara uyğun alətlərdən istifadə

İş şəraiti :

• Səssiz
• Səliqəli
• Boyasız
• Təmiz
• Təhlükəsiz

Şirkət təklif edir:

- Yüksək əmək haqqı
- Karyera yüksəlişi imkanları
- Özünü inkişaf etdirmək imkanı

CV-nizi [email protected]  ünvanına məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını qeyd edib göndərməniz xahiş olunur. CV-də şəklin olması vacibdir.