Dəmir Beton İşləri üzrə Sahə Rəisi

  • Yeni Həyat
  • Elanın qoyulma tarixi: 13.08.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DƏMİR BETON İŞLƏRİ ÜZRƏ SAHƏ RƏİSİ

Tabe olduğu struktur: Tikinti işləri üzrə rəhbər şəxs
Tabe olan strukturlar: Sahə memarları, sahə texnikləri

Vəzifə, səlahiyyət və öhdəliklər:

1. Cavabdeh olduğu tikinti üzrə istehsal fəaliyyətlərinin rəhbərlik tərəfindən müəyyən edilmiş siyasət çərçivəsində aparılmasını təmin etmək.
2. Tikinti üzrə istehsal işlərinin təsdiq edilmiş plana uyğun olaraq vaxtında və müvafiq keyfiyyətdə aparılmasını təmin etmək.
3. Tikinti sahəsi ilə bağlı istehsal qruplarının geniş iş proqramlarının tikinti sahəsi ilə bağlı iş proqramı çərçivəsində tərtib edilməsi və istehsalın bu proqramlara uyğun olaraq aparılmasını təmin etmək.
4. Tikintidə istifadə olunan xammal və materiallar, dəzgah və avadanlıqların ən qənaətli və səmərəli şəkildə istifadə edilməsi üçün müəyyən edilmiş prinsip və üsulların istehsal sahələrində tətbiq edilməsini təmin etmək.
5. Tikinti sahəsi üzrə istehsal qrupları tərəfindən hazırlanan xammal, istifadə edilən materiallar, işçi heyətinin tələbləri, podratçıya gördürüləcək işləri tədqiq edərək rəy bildirmək və Layihə rəhbərinin təsdiqinə vermək.
6. Tikinti sahəsi üzrə qrup rəhbərləri ilə müntəzəm olaraq görüşlər keçirərək problemləri vaxtında müəyyən etmək və problemin həlli yollarını müəyyən etmək.
7. İstehsal sahələrində işçinin sağlamlığı və işin təhlükəsizliyi ilə əlaqədar məsələlərə baxmaq, iş rejiminin təhlükəsizliyi məsələləri ilə bağlı rəhbər şəxsdən məlumat almaq, müvafiq olmayan halların aradan qaldırılmasını təmin etmək.

İşçiyə tələblər:

1. Tikinti mühəndisliyi və ya memarlıq sahəsində bakalavr təhsilinə əlavə olaraq, həmin sahə üzrə magistr dərəcəsi və ya bununla eyni səviyyədə peşə hazırlığı təhsili almalı;
2. Məsələ ilə əlaqədar olaraq, üç il idarəçilik sahəsində olmaqla, yeddi illik təcrübəyə malik olmalı;

E-mail: [email protected]