Sürücü

  • Synergy Group
  • Elanın qoyulma tarixi: 12.08.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətin adı: “Synergy Group” ASC

Vəzifə: Sürücü

“Synergy Group” ASC haqqında:

2010-cu ildə təsis edilən "Synergy Group" ASC Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərdən biridir. "Synergy Group" ASC yüksək inkişaf potensiallı strateji sənaye sahələrinə sərmaye qoyur və həmin sahələrin müasir beynəlxalq tələblərə uyğun inkişafına çalışır. "Synergy Group“ 28 müxtəlif inkişaf yönümlü şirkətdən ibarətdir. Qrupda ümumilikdə 1100-dən çox müxtəlif profilli mütəxəssis çalışır. "Synergy Group"-un çox-sektorlu investisiya portfeli inşaat və tikinti materiallarının istehsalı, turizm, İKT, istehsalat və kənd təsərrüfatı sahələrə iri yatırımlardan ibarətdir. "Synergy Group"-a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial iqtisadi inkişafına öz töhfəsini verir. "Synergy Group" ASC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.

Tələblər:

• Sürücüluk vəsiqəsi (BC kateqoriya)
• 5 ildən az olmayaraq müvafiq iş təcrübəsi;
• Azərbaycan və rus dilləri; ingilis dili orta səviyyədə;
• Dəyişkən iş qrafiki  ilə işləmək bacarığı;
• Ünsiyyət qurmaq bacarığı;
• Şəxsi keyfiyyətləri : ciddi, məsuliyyətli, çalışqan, nizam-intizamlı.

Vəzifə öhdəlikləri:

• Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
• Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
• Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını  təmin etmək;
• Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin  etmək;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
• Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək; avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin  sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək.
• İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək.
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin  verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək.
• Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.

Göstərilən tələblərə cavab verən  namizədlərdən şəkilli CV-lərini mövzu yerinə “Sürücü” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi