Satınalma (Təchizat) üzrə mütəxəssis

İşin təsviri

Öhdəliklər:

  • Satınalmalar üzrə rəhbərlik altında satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;
  • Şirkət daxili Satınalma Prosedurlarına və Əmrlərinə riayət olunmasına nəzarət;
  • Etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının inkişaf etdirilməsinin təşkili və nəzarəti;
  • Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət;
  • Sifariş edilmiş mal-material və ya xidmətlərin tələblərə uyğun şəkildə təşkilinin idarə edilməsi və sona çatdırılması
  • Podratçı və tədarükçülərin müvafiq performansının analiz edilməsi;
  • Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq təşkil və icra etmək;
  • Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və satınalma üzrə mütəxəssisə yönləndirilməsi);
  • Tikinti-istismar üzrə satınalma və təchizat prosesinə və komandaya nəzarət;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Tenderlərin hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
  • Satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirmək;
  • Hesabatların hazırlanması və analizi, təchizatçıların analizi və digər prosseslərin effektiv idarə olunması;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması

Namizədə tələblər:

  • Xanım və bəy namizədlər
  • Yaş həddi (yoxdur)
  • Ofis proqramlarını (Word, Excel)
  • Komanda ilə aktiv işləmə bacarığı
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli
  • Müvafiq sahədə iş təcrübəsi (1-3 il)
  • Rus dili biliyi arzuolunandır

İş barədə məlumat:

  • AR Əmək məcəlləsinə uyğun olaraq, işə qəbul olunacaq.
  • İş rejimi: Həftənin 5 günü u2028
  • İş saatı: 5 iş günü : 09:00-dan - 18:00-dək
  • Əmək haqqı – razılaşma yolu ilə

IGA Import Group AZ tərəfindən digər vakansiyalar