İnşaat mühəndisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
  • Təmir-tikinti işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
  • Təmir-tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
  • Təmir-tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
  • İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
  • İşlərə mühəndislik baxımından rəhbərlik etmək.
  • Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi; 
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi; 
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması; 
  • Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi; 
  • Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi; 
  • Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin aparılması;
  • Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi; 
  • Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı); 
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət; 

Namizədə tələblər:

  • Təhsil - Ali təhsil (müvafiq sahədə)
  • 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi
  • Kompüter bilikləri - MS office, Word, Excell, AutoCad
  • Dil bilikləri - Azərbaycan, Rus
  • Komandada işləmək bacarığı, məsuliyyətli olmalı; 
  • Təşkilatçılıq bacarıqlarına sahib olmalı; 

İş şəraiti və təminat:

  • İş rejimi: 6 günlük,
  • İş yeri: Kəlbəcər rayonu
  • Korporativ nömrə ilə təmin olunma,
  • Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini elektron ünvanına, mövzu hissəsində “İnşaat mühəndisi” qeyd edərək göndərə bilərlər.

IGA Import Group AZ tərəfindən digər vakansiyalar