Keyfiyyət mühəndisi

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsilli;
  • Kompüter ilə işləmək bacarığı , Microsoft Office proqramlarını əla səviyyədə bilməli
  • Keyfiyyətə nəzarət sahəsində ən azı 3il iş təcrubəsi 
  • ISO 9001, ISO 45001, Keyfiyyət sahəsində müvafiq sertifikatlar
  • Azərbaycan dilini əla səviyyədə bilmək(həm yazılı həm şifahi), Rus və İngilis dilini bilmək üstünlükdü
  • Komandada işləmək bacarığına sahib olmalı
  • Kommunikabellik;
  • Məsuliyyətlilik;
  • Diqqətlilik;

İş barədə məlumat:

  • Layihənin texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilər ilə bağlanan müqavilələrin şərtlərinə uyğunluğunun yoxlanılması;
  • Layihənin yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi
  • Layihədə aşkar edilmiş uyğunsuzluğları, onun səbəbləri və təqsirkarlarının uçotunun aparılması;
  • Qüsurlu iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsinin tələb edilməsi;
  • Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması;
  • Keyfiyyətə Nəzarət Planının hazırlanması;
  • Keyfiyyətə Nəzarət proseduralarının tətbiq edilməsi;
  • Müəssisədaxili intizam qaydalarına, prosedura ve təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası ve sanitar-gigiyena norma ve qaydalarına riayət edilməsi;
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi ve onların pozulmasına yol verilməməsi;
  • Fəaliyyəti ile bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
  • Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.
  • MAR, NFI, MS, İTP, Checklist, Test Report, Təhvil-təslim sənədlərini hazırlanması
  • NCR, CAR  hesabatlarının hazırlanması və həyata keçirməsi
  • Sahədə işlərin keyfiyyətinin pisləşməsi, səbəblərinin analizi və tədqiq edilməsi
  • Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək
  • KN sənədləri daxil olmaqla, bütün layihənin KN sənədlərinə nəzarət etmək
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi

İş qrafiki: 1-6-cı günlər  saat 09:00-dan-18:00-dək

Əmək haqqı müsabiqə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir. 

Tələblərə uyğun şəxslər müvafiq Sertifikatlarla birlikdə CV-i qeyd olunmuş elektron ünvanlara göndərməkləri tələb olunur.

IGA Import Group AZ tərəfindən digər vakansiyalar