Mövcud vakansiyaların təhlil edilməsi, elanların hazırlanması və yerləşdirilməsi;
Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
CV-lərin nəzərdən keçirilməsi, namizədlərin seçilməsi, müsahibənin aparılması, namizədlərin bacarıqlarının qiymətləndirilməsi və uyğunluq əsasında tövsiyələrin verilməsi;
İşə qəbul prosesinin müxtəlif mərhələlərində namizədlərlə müsahibələr aparılması (telefon müsahibələri, video müsahibələr və üz-üzə görüşlər);
Ehtiyac olarsa, namizədlərin bacarıqlarının qiymətləndirilməsi üçün alət və testlərdən istifadə edilməsi;
Namizəd vəzifəyə təsdiq edilənə qədər namizəd ilə struktur bölməsi arasında aparılan danışıq prosesinə dəstək göstərilməsi;
Təsdiqlənmiş namizədlərə iş təkliflərinin təqdim olunması;
Oriyentasiya;
Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.
Vəzifəyə dair tələblər
Ali təhsil (İnsan Resursları, İdarəetmə, Sosial Elmlər və Psixologiya və digər əlaqəli sahələr);
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Azərbaycan Respublikası Əmək Qanunverilciliyi;
İnsan Resurslarının idarə olunmasının nəzəri və metodoloji əsasları;
Azərbaycan dili (sərbəst), Yaxşı səviyyədə İngilis və Rus dili biliyi;
MS Office (Outlook, Word, Excel PowerPoint);
Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.