İşin təsviri
İş şəraiti:
- İş yeri: “Global Builders And Realtors Unity” MMC
- İş rejimi: I-V günlər 09:00- 18:00
- Əmək haqqı : Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq təyin olunacaq
İş haqqında:
- Mövcud olan müştəri bazasının yenilənməsi və nəzarəti
- Effektiv planlama və düzgün qiymət siyasəti ilə Şirkətin satış hədəflərinin müəyyən edilməsi
- Şirkətin satış strategiyasının hazırlanması
- Əsasən xarici bazar üzrə potensial satış bazarının və müştəri auditoriyasının müəyyən edilməsi
- Daxili və xarici bazarı araşdırmalı, satışı həyata keçirdə bilməsi üçün bütün kanallardan istifadə etməli
- Satış üzrə təqdimat və təkliflərin hazırlanması
- Satış nümayəndələrinin qarşısına düzgün satış hədəflərinin qoyulması; Şirkətin məhsul, xidmət və qiymət planlamısını hazırlamaq
- Müştərilərə xidmətin keyifyyəti və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsini təmin etmək
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək
- Satışın və xalis gəlirin həcmini maksimum səviyyədə artırmaq məqsədi ilə gündəlik satış barədə məlumatları təhlil etmək
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə təcrübə
- Biznes yönümlü təfəkkürə sahib
- Komunikasiya və təqdimetmə bacarığı
- Analitik düşünmə bacarığı
- Microsoft Office, Outlook
- Dil bilikləri: Rus- əla, İngilis- danışıq səviyyəsi
- Yaş həddi: 28-35
Uyğun və maraqlanan şəxslər CV-lərini “Korporativ Satış üzrə qrup rəhbəri” başlığı ilə qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər