Korporativ Satış meneceri

İşin təsviri

İş şəraiti:

  • İş yeri: “Global Builders And Realtors Unity” MMC
  • İş rejimi: I-V günlər 09:00- 18:00
  • Əmək haqqı : Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq təyin olunacaq.

İş haqqında:

  • Mövcud olan müştəri bazasının yenilənməsi və nəzarəti
  • Satış sonrası xidmətlə əlaqədar ortaya çıxan məsələləri həll etmək
  • Potensial müştərilərin cəlb edilməsi, onlarla görüşlər keçirmək və onların təqibi
  • Şirkətin korporativ xidmətinin tanıdılması və xidmətlər üzrə satışın həyata keçirilməsi.
  • Müştərilərlə daimi əlaqədə olmaq və yeni təkliflərin verilməsi
  • Müştərilərdən xidmətlərimiz barədə gələn sorğuların operativ şəkildə cavablandırılması və müştərilərin ətraflı şəkildə məlumatlandırılması
  • Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq
  • Rəhbərliyə görülmüş işlər barədə həftəlik, aylıq hesabat vermək

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə təcrübə
  • Biznes yönümlü təfəkkürə sahib
  • Yenilikçi, dinamik və daxili motivasiyası yüksək
  • Korporativ görünüşlü, ünsiyyətcil, işgüzar və səlis danışıq qabiliyyətli
  • Müştəriyönümlü satış etmə bacarığı
  • Komandada işləmə qabiliyyətinə malik olmalı
  • Detallara ciddi diqqət etmək
  • Biznes proseslərini anlaya bilmək
  • Problem həll etmə bacarıqları
  • Yaxşı təqdimat bacarıqları

Uyğun və maraqlanan şəxslər CV-lərini “Korporativ Satış meneceri” başlığı ilə qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.

Global Builders & Realtors UNTY tərəfindən digər vakansiyalar