İşin təsviri
Tələblər:
- Cinsi: Kişi / Qadın
- Mühasib olaraq minimum 1-3 il iş təcrübəsi;
- Təhsil: Ali təhsil (maliyyə,vergi, biznesin idarə olunması sahələri üzrə);
- Vergi və Əmək qanunvericiliyi üzrə müvafiq biliklər;
- Microsoft Office kompüter proqramlarını bilmək;
- Kollektivdə işləmək bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
- Birbaşa rəhbər və ya müvafiq şəxslərin müraciəti əsasında faylları və ya məlumatları, o cümlədən proseslər, fotosurətlər, fayllar sənədləri və hesabatları hazırlamaq;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Ödəniş və bank sənədlərinin tərtib olunması;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) proqram təminatı əsasında hazırlamaq;
- Dövlət qurumları tərəfindən tələb edilən bütün ödənişlər və ya sənədlərin, məs. ƏDV və ya əmək haqqı fondundan vergilərin düzgün olmasını və vaxtlı-vaxtında təqdim edilməsini təmin etmək;
- Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
- Elektron Qaimə Faktura, hesab fakturalarının tərtib edilməsi və göndərilməsi;
- Maliyyə meneceri iş başında olmadıqda onu əvəz etmək;
- Maliyyə rəhbərinin və rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.
İş şərtləri:
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.
- Həftədə 5 gün, növbəli cədvələ uyğun iş qrafiki, 2 gün istirahət
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
- Nahar yeməyi və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir.
- Ünvan, Qəbələ ray., Duruca kəndi
Maraqlananalar CV məlumatlarını qeyd edilmiş elektron poçt ünvanına göndərə və ya bir başa Qəbələ rayon Durca kəndində yerləşən Tufandag Hotel-ə müraciət edə bilərlər.