Xizək və Snowboard təlimatçısı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Xizək (Snowboard) sürmə üzrə təlimatçı müştəriyə alınmış bilet üzrə xizək (snowboard) təliminin verilməsi;
  • Xizək (Snowboard) sürmə üzrə təlimatçı müştərilərə xizəkdə və ya snowboard lövhəsində (qar lövhəsi) əyləncəli, lakin təhlükəsiz şəkildə sürüşmək barədə peşəkar təlimatlar vermək;
  • Qış fəaliyyətlərində (uşaq üçün SUN KİD və.s) təlimçi kimi köməklik göstərmək, təhlükəsizlik setkalarını düzəltmək və təbii qar yağan zaman ərazidə yolları açmaq, tələb olunan zaman xizək yollarına kömək etmək;
  • Müvafiq ərazi barədə biliklər əsasında müştərilər üçün münasib, fəaliyyətin məqsəd və hədəfinə uyğun olan təlim enişləri və xizək sürmə üçün yerləri seçmək; 
  • Müştərilərin şəxsi təhlükəsizliyini təmin etmək məqsədilə seçilmiş marşrutlar ilə bağlı təhlükələri müəyyən etmək və riskləri minimum səviyyəyə endirmək;
  • Müştərilərin təlim üçün müvafiq qaydada geyindiyini və avadanlıqlar ilə təchiz edildiyini yoxlamaq; 
  • Müştərilərlə ünsiyyət zamanı professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
  • Hər hansı müştəri şəxsi istəyi ilə özünəməxsus olan xizək və xizək avadanlıqlarını götürməyə üstünlük versə belə avadanlıqların təhlükəsizliyini və münasibliyini qiymətləndirmək və onları şəxsi rahatlıq baxımından sazlamaq;
  • Təlim fəaliyyəti barədə təlimatları və müvafiq məlumatları iştirakçılar üçün münasib üslubda çatdırmaq;
  • Xizək üzərində müvazinət saxlamaq, və hərəkət etmə kimi bacarıqları öyrətmək, alət və avadanlıqlardan istifadə qaydalarını göstərmək;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Yüksək səviyyəli xizəkçi və ya snowbordçu 
  • Hava və ətraf mühit barədə məlumatları təhlil etmək sahəsində təcrübə;
  • Fövqəladə hallarda müvafiq şəkildə hərəkət etmək üçün ilkin tibbi yardım və cəld reaksiya bacarığı və müvafiq ixtisaslı mütəxəssis gələnə qədər rəhbərlik işini həyata keçirmək;
  • İlkin tibbi yardım göstərməklə və təcili evakuasiya prosesini idarə etməklə və s. tədbirlər ilə müştərinin sağlamlığını təmin etmək;
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
  • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
  • Yüksək səviyyədə Azərbaycan, orta səviyyədə ingilis dili və rus dili;

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Xizək təlimatçısı) göstərilməklə qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq

Tufandag Winter-Summer Tourism Complex tərəfindən digər vakansiyalar