Baş mühasib

  • ATS Feed
  • Elanın qoyulma tarixi: 28.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Abşeron ray., Xırdalan şəhəri, Şamaxi Şossesi “ATS Mill” MMC-nin ofisi

Hesabat verir: Maliyyə meneceri

 Vəzifə öhdəlikləri:

  • Şirkətdə həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının mövcud Əmək, Vergi və digər qanunvericiliyinə uyğun təşkil olunmasına nəzarət etmək;
  • Mühasibatlıq sisteminin əməliyyat inzibatçılığı funksiyalarını həyata keçirmək, normativ məlumat informasiyasını aparmaq;
  • Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin etmək;
  • Şirkətin gündəlik əməliyyatları barədə rəhbərliyə məlumatın verilməsini təmin etmək;
  • Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin etmək;
  • Kassa və bank əməliyyatları uçotunun qaydalara əsasən təşkili və icrasına nəzarət etmək;
  • Həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və müəssisənin öhdəliklərinə nəzarəti təmin etmək;
  • Ayın bağlanması ilə əlaqədar 1C ERP sistemində əməliyyatları yoxlamaq;
  • Zərurət olduğu hallarda vəzifənin icrası ilə bağlı hazırkı təlimatda əks olunmayan tapşırıqları həyata keçirmək, rəhbərlik tərəfindən cəlb olunmuş digər işləri vaxtında və düzgün icra etmək.

Tələblər:

  •  Ali təhsil, Maliyyə, İqtisadiyyat, Biznes İdarəetməsi üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür;
  • Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsinə sahib olmaq;
  • Azərbaycan və İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları;
  • MS Excel, maliyyə proqramları və ERP sistemləri ilə işləmə bacarığı;
  • Vergi qanunvericiliyi üzrə biliklərə sahib olmaq;
  • Vergi hesablamalarının aparılması, hesabatların hazırlanması və təqdim edilməsi bacarığı;
  • Maliyyə hesabtaları üzrə biliklərə sahib olmaq;
  • Əla ünsiyyət, planlama və təşkilatçılıq bacarıqları;
  • Analitik Düşünmə və diqqətcillik, qiymətləndirmə bacarıqlarına sahib olmaq.

Mövzü hissəsində vəzifənin adını- “Baş mühasib/ ATS Feed MMC” qeyd edərək müraciətlərinizi qeyd edilmiş elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

Müraciət üçün son tarix: 12 dekabr 2024