Təchizat üzrə aparıcı mütəxəssis

  • ATS Feed
  • Elanın qoyulma tarixi: 19.04.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: 1200-1400
İş vaxtının norması: Həftədə 40 saat.
Əmək şəraiti: Əsasən ofis daxilində olmaqla, zərurət olduqda korporativ müştərilərlə tərəfdaşlıq görüşlərində iştirak
İş yerinin ünvanı: Xırdalan şəh., Abşeron rayonu, Şamaxı şossesi “ATS Mill” MMC-nin ofisi
Tələb olunan minumum əmək stajı: Satınalma üzrə 3 il.
Tələb edilən kompyuter bilikləri: Yuxarı səviyyədə MS Excel, MS Word və 1C (ERP)
Təhsil səviyəsi: Ali (İqtisadi arzuolunandır amma şərt deyil)
Tələb edilən xarici dil bilikləri: Rus (orta), İngilis (şərtidir).
Tələb edilən fərdi keyfiyyət göstəriciləri: Yüksək səviyyədə fərdi və fərdlərarası, eləcə də idarəetmə üzrə fərdi keyfiyyət göstəricilərinə malik olmaq tələb edilir.
Digər tələb və üstünlük göstəriciləri: Normativ saatlardan artıq olmamaq şərti ilə qeyri-müəyyən iş qrafiki ilə işləmək imkanları.

Vəzifə öhdəlikləri:

  • Aparıcı mütəxəssis şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təmininin həyata kecirilməsi, satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılmasında məsuldur. Təchizat zəncirinin vacib bəndidir. Müəssisənin maddi-texniki təminatı ilə bağlı qanunvericilik və normativ hüquqi aktları, metodiki materialları bilir və icra etdiyi işdə istifadə edir. Təminatçılarla müqavilə bağlamaq prosedurunun ardıcıllığı və onların icrasına nəzarət qaydasını satınalmalar zamanı istifadə edir
  • Daxil olan satınalma tələblərinin təhlili və icrası
  • Tələbdən Təklif, Təklifdən isə Sifariş formalaşdırmaq
  • Xammal, Avadanlıq, mal-material, ehtiyat hissələri, xidmət tədarükçülərinin axtarışı
  • Müvafiq satınalma hesabatlarının hazırlanması
  • Alınan malların dəyərini düzgün hesablaya bilmək
  • Alınan malların tələb edilən keyfiyyətə cavab verməsini yoxlaya bilmək
  • Alınan malların təslim tarixlərində gecikmələrin olmamasına səy göstərmək
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin öz rəhbərinə təqdim edilməsi
  • Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları
  • Analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları, qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməsi
  • İcra mərhələsində olan sifarişləri təqib etmək.

Son müraciət tarixi: 30.04.2024

Müraciət qaydası: Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Təchizat üzrə aparıcı mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).