1C inzibatçısı

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Şirkətin əməkdaşlarının proqram təminatına sürətli və fasiləsiz şəkildə qoşulması
  • Bölmələr arası proqram üzərində məlumat gizliliyinin təşkil olunmas
  • Qiymət dəyişikliklərinin, limitlərin və endirim faizlərinin düzgün və zamanında proqram təminatına tanıdılması
  • Əməkdaşların proqram təminatından effektiv istifadə edilməsinə köməklik göstərməsi
  • İşdən çıxan əməkdaşın program təminatına olan giriş icazələrinin ləğv olunması
  • Yeni işə qəbul olunan əməkdaşa vəzifəsinə uyğun olaraq proqram təminatında işləmək üçün təlimat vermək
  • İstifadəçi adlarının verilməsi
  • Əlavə icazələrin verilməsi
  • Hesabat , çap formaları və ekranlarda düzəliş edilməsi və ya yeni bir istəklə bağlı müraciət
  • Yeni proqram və kommunikasiya xidmətlərini təhlil etmək və onların nəticəsi barədə təkliflər vermək
  • İnformasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görmək
  • 1С ERP proqram təminatının istifadəçi təminatı və dəstəklənməsi
  • İstifadəçilərin 1C-də yaranan problemlərini həll etmək və onları təlimləndirmək
  • 1C bazasının işinin təhlili və optimallaşdırılması
  • Verilənlər bazasının avtomatlaşdırılmış informasiyasının bütövlüyü, etibarlılığı və təhlükəsizlyinə nəzarət etmək
  • 1C bazasının idarə edilməsi (yenilənmə, rezerv nüsxə yaradılması, istifadəçi hesabı yaradılması və iş vaxtı verilən məsələləri həll etmək, hesabatlılıq və s.)
  • Rəhbərlik tərəfindən tələb olunan digər işlərin icra olunması

Vəzifə səriştələri:

  • ERP proqramları üzrə biliklər
  • Komandada işləmə bacarığı
  • Nəticə yönümlülük
  • Çeviklik
  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Mühasibatlıq biliyi

Vəzifədən gözləntilər:

  • Kvalifikasiyalar: SQL bazası ilə işləmə bacarığı
  • Təhsil səviyyəsi: Ali    
  • Dil bilikləri: Azərbaycan dili (əla), rus-dili (əla)
  • Kompyuter bilikləri: Word (orta) Excel (orta) ERP-i (əla)
  • İş təcrübəsi: 1-3 il

İş şəraiti:

  • İş qrafiki: 5 günlük
  • Əmək haqqı:2000-2200
  • İş ünvanı: Abşeron rayonu, Xırdalan şəhəri “ATS Mill” MMC-nin ofisi

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “1C inzibatçısı” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.