Baş maliyyə inzibatçısı

  • AGA GROUP
  • Elanın qoyulma tarixi: 06.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin uğurlu inkişafı üçün maliyyə siyasətini qurub həyata keçirmək, şirkət üçün uzunmüddətli inkişaf strategiyasını hazırlamaq;
  • Şirkətin maliyyə hesabatlarının rəhbərliyə təqdim olunması;
  • Şirkətin maliyyə aktivlərini idarə etmək, illik büdcəni planlaşdırılmaq və xərclərə nəzarət etmək;
  • Şirkətdə maliyyə durumunu təhlil etmək, proqnozlar vermək və bu prosesə uyğun şirkətin maliyyə strategiyasını qurmaq və maliyyə fəaliyyətini idarə etmək;
  • Şirkətin strategiyasına uyğun pul hərəkətləri və maliyyə-mühasibatlıq üzrə aparılan proseslərə nəzarət etmək;
  • Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları və departament daxilində aparılan hər növ əməliyyat və sənədləşmə işlərinə nəzarət etmək;
  • Audit, mühasibatlıq və maliyyə-mühasibatlıq sahəsində aparılan digər hesabatları analiz etmək;
  • Şirkətin maliyyə vəziyyəti barədə daima məlumatlı olmaq və problemlərin qarşısını almaq üçün fəaliyyət göstərmək;
  • Maliyyə resurslarından qənaətli istifadə olunmasına nəzarət etmək və maliyyə ilə bağlı riskləri idarə etmək;
  • Maliyyə və kassa intizamına ciddi riayət edilməsinə nəzarət yetirmək, mövcud olan riskləri araşdırıb aradan qaldırmaq;
  • Əməliyyat risklərinin dəyərləndirilməsi, şirkət xərclərinin optimallaşdırılması, pul vəsaitləri və mal-material qiymətlilərinə nəzarət və uçotundakı çatışmazlıqların aşkarlanması istiqamətdə əsaslı tədbirlər həyata keçirmək.

Tələblər:

  • Peşəkar mühasib sertifikatının PMS, F3 olması mütləqdir (F7 bilməsi üstünlükdür);
  • Təhsil pilləsi (minimum): Maliyyə, Mühasibatlıq və ya müvafiq sahədə bakalavr dərəcəsi;
  • Yaş həddi: 30-50;
  • İş təcrübəsi (minimum): 5 il
  • Analitik təhlil, strateji düşünmə, statistik və riyazi biliklər;
  • Stresədavamlı, tələbkar, məsuliyyətli.

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı: Müsahibə əsasında

İşəgötürənin reytinqi