Partnyorlarla iş üzrə menecer

  • Emobile
  • Elanın qoyulma tarixi: 04.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Loyallıq proqramına partnyor ola bilmə potensialı olan şirkətlərin araşdırılması;
  • Şirkətlərlə danışıqlar apararaq partnyorluq şərtlərinin razılaşdırılması və müqavilənin bağlanması;
  • Mövcud partnyorlar ilə isti münasibətlərin qorunması və daha da yaxşılaşdırılması;
  • Partnyorlar ilə mütəmadi olaraq birgə kampaniyaların təşkili və idarə olunması, nəticələrin analiz edilməsi.
  • Partnyor şəbəkəsində olan satış və xidmət nöqtələrində loyallıq proqramı çərçivəsində monitorinq və təlim işlərinin təşkili, icrasına nəzarət və aşkarlanmış qüsurların aradan qaldırılması;
  • Loyallıq proqramının müştərilərindən daxil olan şikayətlərlə işin idarə olunması.

Tələblər:

  • Sahə üzrə yerli bazarda 1 illik iş təcrübəsi;
  • Səlis nitq və dolğun təqdimetmə bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və qərar vermə;
  • Cəlbetmə və razısalma bacarığı;
  • Məsuliyyətlilik, operativlik;
  • Diqqətcil və detallarla işləmə bacarığı;
  • Güclü kommunikasiya bacarığı;
  • Komandada işləmə bacarığı.

İş şəraiti:

  • Azərbaycan Respublikası əmək qanunvericiliyinə uyğun rəsmi sənədləşmə
  • Əmək haqqı: 800-1000 AZN  (Namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunur.)
  • İş qrafiki: I-V günər, saat 09:00-dan 18:00-a qədər
  • İstirahət günü – şənbə, bazar.

Maraqlanan namizədlər mövzu yerində “Partnyorlarla iş üzrə menecer” yazmaqla öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.