Biznes analitik

  • Emobile
  • Elanın qoyulma tarixi: 19.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
  • İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 1 il iş təcrübəsi
  • Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində bilik və təcrübə
  • Proqramlaşdırmanın və VBİS-nin əsaslarını bilmək
  • İstifadəçinin tələbləri əsasında müxtəlif tipli diaqramların, blok-sxemlərin, interfeys eskizlərinin hazırlanmasında bilik və təcrübə;
  • Sistem Tələblərinin Spesifikasiyası (Analiz və Dizayn sənədi) və digər sənədlərin hazırlanmasında iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır)
  • Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı

İş barədə məlumat:

  • Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi
  • İstifadəçinin tələbləri əsasında lazımi qanunların və müştərinin müəssisə daxili qaydalarının öyrənilməsi və bu əsasda analiz işlərinin həyata keçirilməsi
  • İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması
  • Müştərinin biznes proseslərinin öyrənilməsi, müvafiq diaqram metodları ilə modelləşdirilməsi və analiz edilməsi
  • İstifadəçi tələblərinin analizi nəticəsində Sistem Tələblərinin Spesifikasiyasının (Analiz sənədi) hazırlanması və müştəri ilə razılaşdırılması
  • Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi
  • Sistemin tətbiqi mərhələsində müştəriyə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
  • Əmək haqqı 1000-1200AZN. (Namizədin bilik və təcrübəsinə əsasən təyin ediləcək)

Maraqlanan şəxslər electron ünvana CV göndərsin. 

Əlaqə : 0124041567/68