İşin təsviri
Tələblər:
- Elektrik mühəndisliyi sahəsində bakalavr və ya magistr təhsili
- Elektrik mühəndisliyi sahəsində 7 ildən artıq iş təcrübəsi
- Elektrik avadanlıqlarının idarə edilməsi və enerji şəbəkələrinin texniki istismarı barədə anlayış
- Aşağı və yüksək gərginlik şəbəkələrinin idarə olunması
- Avtomatik idarəetmə sistemləri, PLC (Programmable Logic Controller) proqramlaşdırma, SCADA Sistemlərinin İdarə Edilməsi ilə bağlı biliklər
- Orta səviyyədə İngilis dili biliyi
- MS Office proqramlarında işləmə bacarığı, həmçinin energetika sahəsində istifadə olunan xüsusi proqram təminatlarına dair biliklər üstünlük təşkil edəcək.
Əsas vəzifə və öhdəliklər:
- Həftəlik, aylıq və illik elektrik təmir iş planlarının hazırlanmasının təşkili, təmir strategiyalarının müəyyən olunması və resursların effektiv istifadəsini təmin etmək.
- Ümumi təmir və xidmət proqramlarının təkmilləşdirilməsi və optimallaşdırılması üçün təkliflər vermək.
- Elektrik təmir və yenidənqurma işlərinin vaxtında və büdcə çərçivəsində həyata keçirilməsinə nəzarət etmək.
- Layihələrin gedişatını izləmək, problemli məqamları proaktiv şəkildə həll etmək və layihələrin effektivliyini artırmaq.
- Elektrik sistemlərinin optimal fəaliyyət göstərməsini təmin etmək üçün texniki ekspertizalar aparmaq və yenilikləri tətbiq etmək.
- Elektrik sistemlərinin təhlükəsizlik qaydalarına və normativ hüquqi aktlara uyğun fəaliyyət göstərməsinə nəzarət etmək.
- Elektrik təmir bölməsinin illik büdcəsinin hazırlanması, iş xərclərinin izlənilməsi və büdcəyə uyğunluğunun təmin edilməsi.
- Elektrik təmir bölməsinin işçilərinin illik təlim ehtiyaclarının müəyyən edilməsi, işçilərin peşəkar inkişafına və davamlı təlimlərinə rəhbərlik etmək.
- Elektrik enerjisindən səmərəli istifadəni təmin etmək üçün enerji effektivliyi layihələrinin inkişafına rəhbərlik etmək.
- Qaz təchizatı sisteminin istifadəsini planlamalı, istehsalat tapşırıqlarını verməli və onların “Qaz Xidmətinə dair Əsasnamə” yə uyğun icra olunmasına nəzarət etməlidir
- Enerji istifadəsinin və elektrik sayğaclarının göstəricilərinin analizini aparmaq və qənaət tədbirlərini tətbiq etmək.
- APİ SPEC Q1, ISO 9001, 14001, 50001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin hazırlanmasını təmin etmək və illik auditlərə hazırlıq işlərini təşkil etmək.
- Elektrik təmiri üçün ehtiyat hissələrin təmin edilməsi prosesinə nəzarət etmək, SAP sistemi üzərindən sifarişlərin izlənilməsini təşkil etmək.
- Kritik avadanlıqların istismar müddətlərini izləmək və onların vaxtında yenilənməsini təmin etmək.
- Elektrik sistemlərində mümkün riskləri müəyyənləşdirmək və risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər görmək.
- Ekoloji təmiz texnologiyalar və enerji qaynaqlarının istifadəsini təşviq etmək.
- İşçilərin təhlükəsizlik və texniki bacarıqlarını inkişaf etdirmək üçün xüsusi təlimlər təşkil etmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların həll edilməsi
- Avtomatika sistemlərinə nazərətin təşliki
- Müasir texnologiyaların və avtomatlaşdırma sistemlərinə müəssisənin iş proseslərinə inteqrasiyasının təşkili.
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 15.11.2024