İşin təsviri
İşin təsviri:
- Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi və bu kimi digər rəsmiləşmə işlərinin aparılması
- Qanunvericiliyin tələblərinə uyğun bütün əmrlərin hazırlanması
- İşçilərə bank kartlarının verilməsi və yenilənməsi
- Əmək haqqı tabelinin hazırlanması
- Arayış, xasiyyətnamə və digər sənədlərin hazırlanması
- İşçilərin şəxsi işlərinin tərtib edilməsi
- Şirkət daxili prosedur və qaydaların hazırlanması
- Tabel uçotunun aparılması
- Namizədlər bazasının yaradılması
- Kadrların ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsi
- Vəzifə təlimatlarının hazırlanması
- Əmək məzuniyyəti qrafikinin tərtib edilməsi
- İşçilərin davamiyyətinə və iş qrafiklərinə nəzarət edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması
- İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi
- İnsan Resursları üzrə cari və perspektiv planların hazırlanması
- Təlim zəruriyyətinin aşkarlanması və təlim planının hazırlanması və inkişafetdirici tədris təşəbbüslərinin koordinasiya olunması, xidməti fəaliyyətin qiymətləndirilməsi (KPİ) prosesinin təşkil edilməsi və həyata keçirilməsi;
- Daxili nizam-intizama nəzarət edilməsi;
- Kadr sənəd dövriyyəsinin aparılmasına nəzarətin təşkil edilməsi;
- Birbaşa rəhbərinin tapşırıqlarının yerinə yetirilməsi.
Nazmizədə tələblər:
- Ali təhsil
- Əmək qanunvericiliyini bilmək
- Elektron Hökümət Portalı ilə işləmək təcrübəsi
- Kompüter bilikləri: Ms-Office proqramları, 1C
- İnsan resursları sahəsində 3 ildən artıq iş təcrübəsi
- Məsuliyyətlilik
- Diqqətlilik
- Ünsiyyətcil olmalıdır
- Analitik bacarıq.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00 (6 günlük iş rejimi)
- Əməkhaqqı: 700-800 AZN
- Nahar şirkət tərəfindən verilir
Göstərilən tələblərə cavab verən şəxslərin “İnsan Resursları üzrə mütəxəssis” başlığı qeyd edərək CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur.