Tikinti layihələrinin ümumi dəyərini müəyyən etmək üçün işçilik, tikinti materiallarını və tikintiyə sərf olunan xərcləri qiymətləndirmək;
Sifarişçi və layihə rəhbərləri üçün yazılı təkliflər, xərclər smetası və büdcə hazırlamaq;
Yeni layihə üzrə müştəri tələbləri haqqında məlumat əldə etmək üçün sahələri ziyarət etmək;
Təqdim olunan təkliflər və büdcələr üzrə sifarişçilər ilə qarşılıqlı əlaqə saxlamaq və danışıqlar aparmaq;
Müqavilə təklifləri, layihələr və spesifikasiyalar əsasında tikinti layihələri üçün materialların, əmək və avadanlıqların, subpodratların ehtimal olunan xərclərinin smetalarını hazırlamaq;
Tender prosedurları ilə bağlı məsləhətlər vermək, tenderlərin araşdırılması və təhlil edilməsi prosesində iştirak etmək;
Xərclərin monitorinqinin, hesabat sistemlərinin və prosedurlarının hazırlanması prosesində iştirak etmək.
Tələblər:
Ali təhsil (İnşaat mühəndisliyi, inşaat sahəsi üzrə idarəetmə və ya digər uyğun ixtisas);
Tikinti sahəsində (layihənin qiymətləndirilməsi və ya tikintinin idarə edilməsi) minimum 4-5 il iş təcrübəsi.
İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
MS Office, AutoCAD üzrə yüksək səviyyədə bilik və tikinti xərclərinin idaəredilməsi üzrə əlavə proqram təminatından istifadə təcrübəsi;
Analitik düşüncə, güclü riyazi hesablama və vaxtın idarəedilməsi üzrə bacarıqlar;