CAD(Avtomatlaşdırılmış Layihələndirmə) Mütəxəssisi

İşin təsviri

CAD(Avtomatlaşdırılmış Layihələndirmə)  Mütəxəssisi

Əsas öhdəliklər  

• Auto CAD və digər CAD sistemləri daxilində çertyojlar, xəritlər və sxemlər üzərində işləyir, düzəlişlər edir və  nəşr edir və əgər iş Obyektlərin Layihələndirilməsi və İcrası proqramı ilə bağlıdırsa o zaman birbaşa memarın rəhbərliyi altında, BAOƏK-nin Təhlükəsizlik, TRA, Texnoloji Vasitələr funksiyaları ilə bağlı olduqda isə birbaşa mühəndisin və ya layihə menecerinin rəhbərliyi altında işləyir. 
• Çertyojların düzgün məlumat daşımasını, layihənin məqsədlərinə uyğun olmasını, vaxtlı-vaxtında və tələb olunan qaydada təhvil verilməsini təmin etmək üçün daxili və xarici layihə qrupları, eləcə də, BAOƏK-nin digər Funksiyasının nümayəndələri  və tərəfdaşları ilə sıx əlaqədə işləyir.
• Məlumat toplamaq üçün tikinti sahələrinə gedir və layihənin tələblərinə uyğun olub-olmadığına dair hesabatın verilməsi tələb oluna bilər.
• Tikilməkdə olan məhsul, konstruksiya və ya planlaşdırılmaqda olan əməliyyat üçün  təlimat və texniki təfərrüatları təmin edir və həmçinin,  bir-sıra tərtibat elementləri üçün də məsuliyyət daşıya bilər. 
• Müəyyən vəziyyətlər üçün çertyojları  əl ilə hazırlayır və eləcə də qəbul edilmiş çertyoj və qrafik standartlardan təlimat kimi istifadə edir.
• CAD proqramı ilə bağlı gündəlik köməklik göstərir və çatışmazlıqları aşkar edir və aradan qldırır.
• Məlumatların qrafik şəkildə verilməsi və elektron faylların təqdim edilməsini təmin etmək.
• CAD sənədlərinin arxivini yaradır və layihələr üçün tələb olunduqda lazım olan sənədi arxivdən çıxarır.
• Digər CAD istifadəçilərinə kömək məqsədi ilə komanda mühitində işləmək.
• Çertyoj və əməliyyat sənədlərinin təmin edilməsində VDD proqramında memarlara və layihə menecerlərinə, Təhlükəsizlik, Texnologiya və Nəqliyyat  sahəsində layihə menecerlərinə köməklik göstərir.
• Xarici layihə qrupları, BAOƏK-nin digər Funksiyasının nümayəndələri  və tərəfdaşları ilə ciddi işgüzar münasibətlər yaradır.

Tələb olunan  bilik, təcrübə və ixtisas 

• Ən azı 2 il iştəcrübəsi olmaqla Memarlıq və ya Mühəndislik sahəsində  ali təhsil və ya Memarlıq və ya Mühəndislik sahəsində 3-5 illik təcrübə ilə müşayət olunan  CAD proqramı üzrə təsdiq edilmiş səriştə
• Çertyojçəkməyə və təfərrüatlı işə meyillilik vacib keyfiyyətdir
• Müəyyən tətbiq sahələri üçün çertyojları əl ilə çəkmə bacarığı
• Hazırlanmış məhsulları və eləcə də layihələrin əyani təqdim etmə bacarığı
• Məbləğlərin və diaqramların hesablanması üçün hesab və həndəsə sahəsində mükəmməl bilgi
• Yerli tikinti kodeksinə dair bilgi dəyərli keyfiyyətdir
• Tikinti planlarına hər hansı təsiri müəyyənləşdirmək məqsədi ilə tikinti qanun-qaydalarını, istehsalat sahəsinin tələblərini və digər sənədləri öyrənmək bacarığı
• AutoCAD proqramı üzrə peşəkarlıq
• Adobe package, Excel və Powerpoint proqramları üzrə peşəkarlıq
• İngilis dilində mükəmməl yazılı/şifahi bilik
• Azərbaycan, Rus və Türk dillərində yazılı/şifahi bilik dəyərli keyfiyyətdir

E-mail: [email protected]