İşin təsviri
Tələb olunan bilik və bacarıqlar:
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;
- Dil bilikləri- azərbaycan dili-əla; rus dili-əla, ingilis dili -arzuolunandır.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Səlis nitq, fikri aydın izah etmə bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli;
- Problem həll etmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Müştərilər ilə bağlantı yaradaraq sığorta məhsulu satışının həyata keçirilməsi;
- Müştəri istəklərini təhlil edərək sığorta məhsulları üzrə təkliflərin hazırlanması;
- Müştərilərlə əlaqə saxlayıb, şirkətin təqdim etdiyi təkliflərlə tanış edilməsi;
- Müxtəlif satış kanalları ilə cəlb edilən müştərilərin sorğularının cavablandırılması;
- Təqdim olunan bazadakı müştərilərə qeyd edilmiş gün və saatlarda zəng edilməsi;
- Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi;
- Rəhbərliyin tapşırığına əsasən yerinə yetirilmiş işlər barəsində müxtəlif hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri;
- İmtiyazlar: Tibbi sığorta;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Telesatış üzrə kiçik mütəxəssis) qeyd edərək, elektron ünvanına göndərilməsi xahiş olunur.