Satış nümayəndəsi (Qusar)

İşin təsviri

Namizədə olan tələblər:

  • Orta təhsil/Ali təhsil;
  • Fərdi və komanda şəklində işləmək;
  • Vəziyyəti düzgün qimətləndirmək;
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
  • Sürücülük vəsiqəsi ( Sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin olması mütləqdir)
  • İşdə düzgünlük;
  • Operativlik;
  • Məsuliyyətlilik və diqqətçillik;
  • Şəffaflıq və davranış qaydaları tələblərinə malik olmaq;
  • Microsoft Office proqramlarında işləmək bacarığı. 

Vəzifə öhdəlikləri:
 Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən Cəmiyyətin məhsulları haqda dolğun və düzgün məlumatın müştərilərə birbaşa marketinq vasitəsi ilə çatdırmaq;
Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək;
Marketinq materiallarını yaşayış və biznes məntəqələrində yayılmasını təmin etmək;
Cəmiyyətin ofisinə daxil olan potensial müştərilərə məhsullar barədə ətraflı məlumat vermək;
Əhatə etdiyi ərazi üzrə fəaliyyət göstərən Kənd Təsərrüfatı idarələri ilə sıx əməkdaşlıq etmək və məhsul şəxsləri yeni məhsullar və xidmətlər barədə məlumatlandırmaq;
Real müştərilərin kredit müraciətlərini MİS-ə daxil edərək Lead yaratmaq və onlara kredit alınma prosesi barədə ətraflı məlumat vermək;
Hər hansı bir potensial problem barədə birbaşa rəhbərinə vaxtında və dəqiq məlumat vermək;
Təkrar müştərilərə səfərlər edib müştəri üçün maraqlı olan məhsulların təqdimatını etmək;
Digər lizinq təşkilatlarının daxil olduğu ərazilərdə fəaliyyətinin təhlilini aparmaq;
Şirkət məhsulları təmsil edilən sərgilərdə iştirak etmək;
Həftəlik və aylıq hesabatlar hazırlayıb birbaşa rəhbərə təqdim etmək.
İş şərtlərimiz:

  • Əmək haqqı: 442 AZN ( gross) əlavə olaraq aylıq ərazi satış planına əsasən bonus;
  • İş qrafiki: Tam iş günü (6 gün);
  • İş saatları: 09:00-18:00;
  • Yanacaq və Amortizasiya xərcləri qarşılanır
  •  İş yeri Qusar rayonu, Qusar-Xudat yolu, Qusar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yaxınlığında

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış nümayəndəsi” yazaraq [email protected]  e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi