İşin təsviri
Tələblər:
- Ali təhsil
- Maliyyə sahəsində minimum 5 il təcrübə, rəhbər vəzifəsində 3 il təcrübə
- İngilis dili biliyi B2, rus dili arzu olunandır
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli
- Kollektivlə işləmə bacarığı
- Operativlik
Üstünlük verilir:
- Audit şirkətində iş təcrübəsi olana
Vəzifə funksiyaları:
- Mühasibat uçotu və hesabatı işlərini düzgün və Beynəlxalq Maliyyə Uçotu Standartlarının (İFRS) tələblərinə uyğun təşkil etmək və bu işlərə rəhbərlik etmək;
- Əsas və dövriyyə vəsaitlərin uçotunu qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun aparmaqla onların hərəkətinin mühasibat uçotu hesablarına götürülməsini təmin etmək;
- Əsas vəsaitlərin uçotunun düzgün aparılması məqsədilə inventar kartını açılması, inventar nömrələrinin qeyd olunması, açılan kartlarda əsas vəsaitlərin, texniki göstəricilərin, o cümlədən, buraxılış ili, istismara verildiyi tarix, aşınma faizi və aşınmasının əks etdirilməsi işlərinə nəzarət etmək;
- Müəyyən olunmuş qaydalara müvafiq olaraq Müəssisənin maliyyə-istehsalat fəaliyyətinin nəticələrinin dəqiq uçotunun aparılmasını təmin etmək;
- Dövlət büdcəsinə ayrılmaların, sosial sığorta haqlarının düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək;
- Müəssisənin mühasibat uçotunun və hesabatların aparılmasını təşkil etmək, mühasibat uçotu, nəzarəti, hesabatı və iqtisadi təhlil məsələləri üzrə işçilərin vaxtında təlimatlandırılmasını təşkil etmək;
- İlkin sənədlər və mühasibat qeydləri əsasında dəqiq mühasibat hesabatlarının tərtib edilməsini və onların vaxtında müvafiq orqanlara təqdim edilməsini təşkil etmək;
- Cəmiyyətdaxili ehtiyatların aşkar edilməsi, itgi və qeyri-istehsal xərclərinin qarşısının alınması məqsədilə digər bölmə və xidmətlərlə birlikdə mühasibat uçotu və hesabat məlumatları əsasında idarənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin aparılmasını təşkil etmək;
- Mühasibat sənədlərinin qorunması, onların müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi və arxivə təhvil verməsini təşkil etmək;
- Pul vəsaitləri və əmtəə-material dəyərlərinin qanunsuz xərclənməsi, maliyyə və istehsalat fəaliyyətində qanunvericiliyin pozulmasının qarşısını almaq üçün tədbirlərin işlənib hazırlanmasını təşkil etmək;
- Əmtəə-material dəyərlərinin qəbulu və buraxılışının rəsmiləşdirilməsi üzrə müəyyən olunmuş qaydalara riayət edilməsini təşkil etmək;
- Əmək haqqının hesablanmasında vəzifə (tarif) maaşlarının və onlara əlavələrin düzgün təyin olunması, ştat və maliyyə intizamına riayət olunmasını təşkil etmək;
- Öz ixtisasını və nəzəri biliklərini artırmaq, qabaqcıl iş metodlarından istifadə etmək;
- Şöbədə əmək intizamını möhkəmləndirmək və sağlam psixoloji mühit yaratmaq;
- Şöbə əməkdaşları arasında iş bölgüsünü təsdiq olunmuş Vəzifə Təlimatlarına uyğun olaraq aparmaq;
- Üzvü olduğu komissiyanın işində iştirak etmək;
- Müəssisənin maliyyə resurslarının planlaşdırılması və büdcənin hazırlanması;
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu prosesinin təşkili və nəzarəti;
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir;
- Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
- Müəssisənin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir;
- Müştərilərdən köçürmə yolu ilə müəssisənin hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir;
- Müəssisə adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir;
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil edir;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin edir
CV qəbulunun son müddəti 30.09.2024
- Tələblərimizə cavab verməyən CV-nin göndərilməməsi xahiş olunur.
İş rejimi: I-V günlər iş vaxtı başlanır 9:00, bitir 17:00, VI gün iş vaxtı başlanır 9:00 bitir 15:00. Nahar vaxtının başlama saatı 13:00, bitmə saatı 14:00. İstirahət günü - bazar günü (1 gün).
Əmək haqqı:Namizədin kvalifikasiyasına uyğun