Keyfiyyətə nəzarət üzrə inspektor-təcrübəçi

İşin təsviri

Öhdəliklər:

  • Uyğunsuz xammalın anbara daxil olunmamasına və istehsalda istifadə olunmamasına nəzarət etmək
  • Bütün xammalın spesifikasiya sənədinin toplanaraq saxlanmasını təmin etmək
  • Xammal saxlanma şəraitini daimi nəzarətdə saxlamaq
  • Keyfiyyət və HACCP planına əsasən KKN və NN-in kontrolda saxlanılması
  • Uyğunsuzluq aşkar olunan zaman istehsala məlumat verib problemin aradan qaldırılmasını izləmək
  • Günlük keyfiyyət raporunun hazırlanması və müvafiq əməkdaşlara göndərilməsi
  • Növbə laboratoriya otağındakı avadanlıqların xətasız işləməsini və qulluq-baxım işlərinin həyata keçirilməsini təmin etmək
  • Növbə istehsal işçilərinin sanitar gigiyena qaydalarına əməl etməsinə nəzarət etmək
  • Növbə istehsal işçilərinin istehsal zərurətli geyim vasitələrindən istifadə edilməsinə nəzarət etmək
  • İstehsal dayanması zamanı səbəbin araşdırılması
  • İstehsal prosesinin texnoloji proqramdan və resepturadan kənara çıxmamasına nəzarət etmək
  • Bütün əməliyyatların standart formlarda qeydiyyatının aparılması
  • Rəhbərliyin digər tapşırıqlarının həyata keçirilməsi

Tələb olunan şəxsi keyfiyyətlər:

  • Vəzifə istiqaməti üzrə Ali təhsil (ən az bakalavr təhsili)
  • Word, Excel və s. ofis proqramlarında sərbəst işləmək bacarığı
  • Özünü sübut edə bilən, nəticə yönümlü təşəbbüskar şəxs 
  • Çeviklik, qısa vaxt çərçivəsində nəticə əldə etmək bacarığı
  • Yaxşı ünsiyyət bacarığı 
  • Qida sənayesində iş təcrübəsi arzu olunandır.

Qida sənayesində iş təcrübəsi arzu olunandır.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron ünvanına göndərin [email protected]

Azər Maya İstehsal tərəfindən digər vakansiyalar