İşin təsviri
                
                
                                
                Vakansiyanın tələbləri: 
	- Təhsil: Ali (İqtisadi) 
 
	- İş təcrübəsi: ən azı 4 il (Bank-maliyyə sektorunda arzuolunandır) 
 
	- MS Office proqramları, SQL, Python üzrə biliklər; 
 
	- Bank fəaliyyətini tənzimləyən qanunvericilik bazası üzrə biliklər; 
 
	- Analitik təhlil etmə qabiliyyəti; 
 
	- Kollektivdə işləmək bacarığı.  
 
Vəzifə öhdəlikləri: 
	- Azərbaycan Respublikasının Mərkəzi Bankının qayda və təlimatlarına, ehtiyatların hesablanması ilə bağlı bilik və təcrübəyə sahib olmaq və proseslərə rəhbərlik etmək;   
 
	- Kredit risklərinin idarə edilməsi istiqamətində işlərin təkminlləşdirilməsi üçün mütəmadi olaraq təkliflər verilməsi və bu istiqamətdə zəruri işlərin icrası; 
 
	- Strukturda yeni yaranacaq risk model, risk scoring üzrə proseslərin qurulması və ümümi proseslərə rəhbərlik etmək; 
 
	- Kredit portfelinin müxtəlif xüsusiyyətləri barədə hesabatların hazırlanması; 
 
	- Rəqabət mühitində yarana biləcək yeni çağırışlara uyğun risk alətləri və yanaşmalarının tətbiqi ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə zəruri işlərin icrası; 
 
	- Kredit portfel üzrə risk siyasətinin, risk iştahası limitləri çərçivəsində qalmasına nəzarət etmək və bu istiqamətdə zəruri işlərin icrası; 
 
	- Digər həftəlik və aylıq hesabatların təkminləşdirilməsi üzrə mütəmadi olaraq təkliflərin verilməsi və yeni çağırışlar əsasında yarana biləcək gözlənilməyən risklərin idarə olunması; 
 
	- Biznes strukturlarından daxil olan kredit sifarişlərinin risk əsaslı təhlili və rəy verilməsi.  
 
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 
Son müraciət tarixi: 25.09.2024 
Müraciət etmək üçün, CV-nizi   email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.  
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.