İşin təsviri
                
                
                                
                Namizədə olan tələblər: 
	- Ali təhsil (Maliyyə, Mühasibatlıq sahəsində); 
 
	- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi; 
 
	- MHBS və yerli mühasibat uçotu standartları üzrə zəruri biliklər; 
 
	- Maliyyə modelləşdirmə texnikalarında yüksək bacarıq; 
 
	- Excel formulları və funksiyaları ilə səlis işləmə bacarığı;
 
	- Güclü analitik, məlumat toplama və problem həll etmə bacarıqları. 
 
Vəzifə öhdəlikləri:
	- Büdcənin tərtib edilməsi;
 
	- Aylıq büdcə hesabatının hazırlanması; 
 
	- Balans, mənfəət zərər, pul axını hesabatlarının tərtib edilməsi; 
 
	- Debitor və kreditorlar üzrə yaşlanma hesabatının tərtib olunması; 
 
	- Portfelə dair hesabat, xarici auditorlarla və tənzimləyici orqanlarla iş;
 
	- Açıq valyuta mövqeyi üzrə analizlərin aparılması; 
 
	- Hesabatların və mütəmadi olaraq liderlik rəylərinin hazırlanması; 
 
	- Keçmiş nəticələrin və variasiyanın təhlili; 
 
	- Tendensiyaların müəyyənləşdirilməsi və təkmilləşdirməsi üçün tövsiyələrin verilməsi; 
 
	- Trendlərin və proqnozların təhlili və optimallaşdırılması üçün tədbirlərin tövsiyyəsi; 
 
	- Dəqiq maliyyə hesabatını təmin etmək üçün Mühasibat və MIS komandası ilə sıx əməkdaşlıq; 
 
	- Standart və xüsusi hesabatların, alətlərin və Excel tablosunun yaradılması da daxil olmaqla proses təkmilləşdirmələrinin müəyyən edilməsi və idarəsi; 
 
	- Avtomatlaşdırılmış hesabat, proqnozlaşdırma alətlərini inkişaf etdirməklə məhsuldarlığın artırılması; 
 
	- Proqnozlar və modellər yaradan güclü maliyyə təhlili bazasının saxlanılması.
 
İş şərtlərimiz:
	- Əmək haqqı: Müsahibə əsasında;
 
	- İş qrafiki: Tam iş günü (5 gün);
 
	- İş saatları: 08:30-17:30;
 
	- Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə üzrə
mütəxəssis” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab
verən namizədlərlə əlaqə saxlanılacaqdır.