Koorporativ satış üzrə mütəxəssis

İşin təsviri

Şirkət haqqında:

EDULINE Əlavə Təhsil Müəssisəsi, gənc, savadlı, peşəkar mütəxəssislərdən ibarət böyük komanda şəklində cəmiyyətə xidmət göstərir. Müəssisə Azərbaycan Respublikasının Təhsil haqqında qanununa, ona müvafiq olaraq təhsillə bağlı Azərbaycan Respublikasında qəbul olunmuş müvafiq hüquqi aktlara, Müəssissənin Nizamnaməsinə və "Elm və Təhsil Nazirliyi"nin rəyi əsasında "İqtisadiyyat Nazirliyi" tərəfindən Əlavə Təhsil fəaliyyəti üzrə Lisenziyaya əsasən fəaliyyət göstərir. EDULINE Əlavə Təhsil Müəssisəsi olaraq hər bir vətəndaşımız üçün onların potensialının inkişafını, işləyən kadrlar üçün peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsini, daim yenilənən əmək bazarına uyğunlaşdırılmasını, ölkənin iqtisadi, sosial, mədəni həyatında səmərəli iştirakını təmin etməkdir.

Namizədə qoyulan tələblər:

  • Təhsil: Ali;
  • Müvafiq sahədə iş təcrübəsi 2 ildən yuxarı;
  • Dil bilikləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti, rus və ingilis dili yaxşı səviyyədə bilməli;
  • Operativ, məsuliyyətli və işə planlı yanaşmaq;
  • Kompüter və ofis proqramlarından istifadə etmə bacarığı;
  • Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı;
  • İnandırma bacarığı, ünsiyyətcil, təqdim etmə bacarığı olmalı;
  • Məsuliyyətli, punktual, operativ olmalı;
  • Problemləri həll etmək bacarığı;
  • Təhsil sahəsinə aid layihənin satışını apara bilməli;

Vəzifə öhdəlikləri:

  • Korporativ satış ilə bağlı bazar araşdırmasının aparılması, rəqiblər və bazar haqqında informasiyaların aylıq hesabatin hazırlanması və buna uyğun satış strategiyasının tətbiqi ;
  • Yeni korporativ müştərilər cəlb etmək və mövcud muştərilərlə iş fəaliyyətini genişləndirmək, korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
  • Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
  • Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili
  • Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək
  • Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa müdirə verilməsi
  • Müştərilərlə göruşlərin keçirilməsi, təqdimat və təkliflərin hazırlanması

Maraqlanan şəxslər “Koorporativ satış üzrə mütəxəssis” başlığı altında email ünvanına cv-lərini göndərə bilərlər. Yalnız seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.