İşin təsviri
Namizəd üçün tələblər:
- Təhsil: Aidiyyati sahə üzrə ali və ya orta ixtisas təhsili
- Təcrübə: 1-2 il aidiyyati sahədə təcrübə
- Yaş: 25-35
- Azərbaycan və İngilis dilində səlis və qrammatik cəhətdən doğru danışıq və yazı bacarıqları.
- Məsuliyyətli, təşkilatçılıq və komandada işləmək bacarığı yüksək olmalıdır.
- Aktivlik, ünsiyyətcillik, məsuliyyətlilik və yaradıcılıq
İş haqqında məlumat:
- Uşaqların təlim - tərbiyəsi və tədrisi ilə məşğul olmaq;
- Gündəlik planı hazırlamaq və tətbiq etmək;
- Uşaqlara fərdi yanaşma, potensiallarını üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq;
- Uşaq bağçasının təlim-tədris və sosial fəaliyyətlərində yaxından iştirak etmək:
- Valideynlərə uşaqların inkişafı ilə bağlı məsləhətlər vermək və pedaqoji iş aparmaq;
- Uşaqlarla mehriban, pozitiv və düzgün ünsiyyət qurulması;
- Qrupun gün rejiminə uyğun olaraq işin düzgün təşkil edilməsi;
- Uşaqlarla müxtəlif əyləncəli oyunların təşkili;
- Qrupun və bağçanın fəaliyyətinə aid olan digər işlərin görülməsi;
- Vəzifə təlimatında qeyd edilən, eləcə də zəruri olan digər əlavə öhdəlikləri yerinə yetirmək.
İş qrafiki: Bağçanın fəaliyyəti qrafiki əsasında
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
İş yeri: Mehdiabad
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “İngilis bölməsi üzrə bağça müəllimi” adını qeyd etməklə email ünvanına göndərmələri xahiş olunur.