İşin təsviri
Namizəd üçün tələblər:
- Təhsil: Ali təhsil aidiyyati sahədə
- Təcrübə: 1-2 il aidiyyati sahədə təcrübə
- Yaş: 25-40
- Azərbaycan dilində səlis və qrammatik cəhətdən doğru danışıq və yazı bacarıqları.
- Məsuliyyətli, təşkilatçılıq və komandada işləmək bacarığı yüksək olmalıdır.
- Aktivlik, ünsiyyətcillik, məsuliyyətlilik və yaradıcılıq
- Təxirəsalınmaz ilki tibbi yardım bilikəri mütləqdir
İş haqqında məlumat:
- Bütün tibbi prosedurların aparılması üçün həkiməqədər təcili tibbi yardım göstərmək
- Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət;
- Tibbi alətlərin, sarğı ləvazimatlarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasının həyata keçirilməsi;
- Uşaq bağçasının təlim-tədris və sosial fəaliyyətlərində yaxından iştirak etmək:
- Qrupun və bağçanın fəaliyyətinə aid olan digər işlərin görülməsi;
- Vəzifə təlimatında qeyd edilən, eləcə də zəruri olan digər əlavə öhdəlikləri yerinə yetirmək.
İş qrafiki: Bağçanın fəaliyyəti qrafiki əsasında
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Pediatrik tibb bacısı” adını qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.