Rus bölməsi üzrə bağça müəllimi

İşin təsviri

Namizəd üçün tələblər:

  • Təhsil: Aidiyyati sahə üzrə ali və ya orta ixtisas təhsili
  • Təcrübə: 1-2 il aidiyyati sahədə təcrübə
  • Yaş: 25-35
  • Rus dilində səlis və qrammatik cəhətdən doğru danışıq və yazı bacarıqları.
  • Məsuliyyətli, təşkilatçılıq və komandada işləmək bacarığı yüksək olmalıdır.
  • Aktivlik, ünsiyyətcillik və məsuliyyətlilik, yaradıcılıq

İş haqqında məlumat:

  • Bağça uşaqlarının təlim - tərbiyəsi və tədrisi ilə məşğul olmaq;
  • Gündəlik dərs planı hazırlamaq və tətbiq etmək;
  • Uşaqlara fərdi yanaşma, potensiallarını üzə çıxarmaq üçün onlara həvəsləndirici və öyrədici mühit yaratmaq;
  • Uşaq bağçasının təlim-tədris və sosial fəaliyyətlərinə nəzarət etmək və yaxından iştirak etmək:Valideynlərə uşaqların inkişafı ilə bağlı məsləhətlər vermək və izahlı pedaqoji iş aparmaq;
  • Uşaqlarla mehriban, pozitiv və düzgün ünsiyyət qurulması;
  • Qrupun gün rejiminə uyğun olaraq işin düzgün təşkil edilməsi;
  • Uşaqlarla müxtəlif əyləncəli oyunların təşkili;
  • Qrupun və bağçanın fəaliyyətinə aid olan digər işlərin görülməsi;
  • Vəzifə təlimatında qeyd edilən, eləcə də zəruri olan digər əlavə öhdəlikləri yerinə yetirmək.

İş qrafiki: Bağçanın iş qrafiki əsasında
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq


Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Rus bölməsi  üzrə bağça müəllimi” adını qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.

İncəsənət və Bilik Mərkəzi tərəfindən digər vakansiyalar