Tender üzrə mütəxəssis

  • V Design
  • Elanın qoyulma tarixi: 12.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Xarici , Azərbaycan Respublikasının dövlət qurumları, publik hüquqi şəxsləri və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Şirkətin fəaliyyət istiqamətlərinə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi;

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
  • MS Office proqramlarını bilməli; 
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
  • Azərbaycan dili, Rus dili mütləq, İngilis dilli arzu olunandır.
  • Kişi namizəd tələb olunur.
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;

İş şərtləri:

  • İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 2
  • İş rejimi: 5 günlük, iş saatı: 08:00-17:00
  • Əmək haqqı: 800 AZN
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.

Uyğun namizədlərin CV-lərini mövzu hissəsinə “Tender üzrə mütəxəssis” yazmaqla
[email protected] elektron ünvanına göndərmələri xahiş olunur.