İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müştəri bazasının genişləndirilməsi və satışın təkmilləşdirilməsi məqsədilə yeni müştəriləri axtarmaq və cəlb etmək ;
- Şirkətin rəqəmsal kanalları üzərindən daxil olan sorğular ilə əlaqədar müştərilərə geri dönüş etmək ;
- Online platformalarda satışların artırılması məqsədilə müxtəlif vendorlar (online kanallar, satış nöqtələri və ya şəxsləri) tapıb, onlarla işgüzar görüşlər keçirmək, qarşılıqlı razılaşma əldə edib, müqavilə əsasında əməkdaşlığa cəlb etmək ;
- Görüşlər zamanı şirkətin məhsul və xidmətləri barədə ətraflı və dolğun məlumat vermək ;
- Satış sonrası prosesləri izləyərək müştəriyə göstərilən xidməti nəzarətdə saxlamaq və xidmət səviyyəsinin artırılması barədə təkliflər vermək ;
- Satışla bağlı tələblərin toplamaq, məlumatları analiz etmək, hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək ;
- Rəhbərlik tərəfindən təqdim edilmiş aylıq, rüblük və ya illik satış hədəflərinə çatmaq və bu istiqamətdə fəaliyyət planı hazırlamaq ;
- Marketinq və satışla əlaqədar tədbirlər və görüşlərin keçirilməsində aktiv şəkildə iştirak etmək ;
Namizədə dair əsas tələblər:
- 23 – 35 yaş arası bəy namizədlər
- Satış və ya marketinq sahəsində iş təcrübəsi
- Minimum təhsil dərəcəsi: Ali
- Komputer bilikləri: MS Office (Word, Power Point, Excel) - yaxşı
- Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili – yaxşı, İngilis dili – yaxşı
Digər fərdi keyfiyyət göstəriciləri:
- Enerjili, pozitiv, çevik, stresə davamlı və məsuliyyətli olması ;
- Düzgün səs tonu, fikrini dəqiq, lokanik, səlis və özünə əminliklə təqdim etmə bacarığı ;
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq bacarığı ;
- Sürətli düşünmə və mətn yazma bacarığı ;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi ;
- İnformasiyanın təhlili və analiz etmək bacarığı ;
- Təşkilatçılıq və komandada işləmək bacarığı yüksək olmalıdır;
İş şərtləri:
- İş günü Bazar günü istisna olmaqla həftəiçi 6 gün ;
- İş vaxtı: 09:00 – 18:00 ;
- Şirkət tərəfindən korporativ nömrə və telefon verilir ;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq ;
- Bonus, rüblük və illik motivasiya ;
Maraqlanan şəxslərin öz cv formunu mail ünvanına göndərməsi xahiş olunur.