İşin təsviri
Vəzifə öhdəlikləri:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
- Təklifləri analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender prosesində şirkətin təmsil olunması;
- Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq;
- Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;
- Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
- Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
Namizədə dair əsas tələblər:
- Ali təhsil;
- Yaş həddi 25-40 yaş;
- Azərbaycan dilini yaxşı səviyyədə bilməli, rus və ingilis dili üstünlük təşkil edir;
- Satınalma və tender sahəsində ən azı 1-2 il iş təcrübəsi;
- Tender təkliflərinin hazırlanma qaydalarını bilməli;
- Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməli;
Digər fərdi keyfiyyət göstəriciləri:
- Enerjili, pozitiv, çevik, stresə davamlı və məsuliyyətli olması ;
- Düzgün səs tonu, fikrini dəqiq, lokanik, səlis və özünə əminliklə təqdim etmə bacarığı ;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi ;
- İnformasiyanın təhlili və analiz etmək bacarığı ;
- Təşkilatçılıq və komandada işləmək bacarığı yüksək olmalıdır;
Əlavə məlumat:
- İş yeri: Bakı şəhəri;
- Şirkət tərəfindən korporativ nömrə və telefon verilir ;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq ;
Tələblərə uğun namizədlər mövzu yerində “Tender üzrə mütəxəssis“ qeyd edərək öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.