İşin təsviri
                
                
                                
                Namizədə olan tələblər:
	- Ali təhsil;
- Xanım işçi;
- Ənənəvi marketinq üzrə təcrübə;
- Bütün növ dijital platformalardan anlayış (Facebook Business, Instagram, LinkedIn və s);
- Brendə uyğun strategiyanın və rüblük marketinq planını yaza bilmək;
- Dil bilikləri: Azərbaycan, İngilis dili yaxşı səviyyədə (Rus dili arzuolunandır);
- Marketinq sahəsində 3 il təcrübə; 
- İnsanlarla əla ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Yaradıcılıq, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı;
- Yaş həddi 28-35 yaş arası;
 Vəzifəyə aid tələblər:
	- Xarici satış kanallarını müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
- Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
- Müştəri bazasını genişləndirir;
- Şirkət bloqunun moderasiyasını aparır;
- Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar rəhbərə hesabat yazaraq təqdim edir;
- İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
- Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
- İstifadə olunan saytların effektivliyini təhlil edir;
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
 Əlavə məlumat:
	- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: 1100-1500 AZN;
- İşçi korporativ telefon, nömrə və danışıq balansı ilə təmin olunur;
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
Tələblərə uğun namizədlər mövzu yerində “Ənənəvi marketinq mütəxəssisi “ qeyd edərək öz CV-lərini  e-mail ünvanına göndərə bilərlər.
 Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.