İşin təsviri
Vəzifə öhdəlikləri:
- Satınalma prosesini vaxtında, şirkətin tədbiq etdiyi prosedurlara uyğun olaraq icra etmək ;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Məhsulun keyfiyyət və qiymət uyğunluğunun araşdırılması ;
- Sistem üzərindən satınalma tələblərinə nəzarət və yoxlanılması ;
- Bazarın təhlili, tələb olunan materialların daxili bazarda araşdırılması ;
- Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
- Alınan məhsulun seçimi zamanı keyfiyyət və qiymət normalarının qorunması ;
- Alış müqavilələrinin bağlanması və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
- Təchizat işi və dəyişikliklərlə bağlı rəhbərliyə məlumat verilməsi;
- Təchizatçılarla danışıqların aparılması, alternativ təkliflərin alınması və maya dəyərinin aşağı salınması üçün yeni təchizatçıların cəlb edilməsi;
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Qida və qeyri-qida üzərə biliklərin olması arzuolunandır)
- MS Office proqramları üzrə biliklər;
İş şərtləri:
- İş yeri: Səbail rayonu, Badamdar qəsəbəsi.
- İşə qəbul AR Əmək Məcəlləsi qanunvericiliyinə uyğun olaraq aparılır.
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq, göndərilməsi xahiş olunur.
Badamdar qəsəbəsində və yaxınlığında yaşayan namizədlərə ustünlük veriləcək.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.