Anbar işinin təşkili bölməsinin mütəxəssisi (anbardar)

İşin təsviri

Vəzifənin funksiyaları:

  • Müxtəlif material qiymətlilərinin – hazır məhsul, detallar, alətlər, əşyalar və s. anbara qəbulu, saxlanılması və anbardan verilməsini həyata keçirir;
  • Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayır;
  • Material qiymətlilərinin növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri uzrə bölüşdürülməklə, əl və ya alətlər, xususi mexanizmlər vasitəsilə anbarda saxlanılma yerlərində yerləşdirilməsini təmin edir;
  • Korlanmasının və itkisinin qarşısının alınması məqsədilə material və məhsulların saxlanılmasını təşkil edir;
  • Anbar daxilində yüklərin yüklənməsi və boşaldılması üzrə işlərə rəhbərlik edir;
  • Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların catışmazlığı və korlanması barədə aktları tərtib edir;
  • Anbarda saxlanılan material qiymətlilərinin uçotunu və onların hərəkəti uzrə hesabat sənədləşdirməsini aparır.

Kompetensiyalar:

Əsas kompetensiyalar

  • Məsuliyyətlilik
  • Ünsiyyətqurma və komandada işləmə
  • Təkmilləşməyə meyllilik
  • Texniki kompetensiyalar
  • Texniki uçot prosesi
  • Əsas vəsaitlərin inventarizasiyası
  • Təqdimat və yazı bacarığı
  • Davranış kompetensiyaları
  • Vaxtın idarəedilməsi
  • Stressə davamlılıq

Təcrübə:

  • Müvafiq sahədə minimum 1 il

Təhsil:

  • Ali təhsil
  • Dil bacarığı
  • Azərbaycan dili (yüksək səviyyədə)
  •  İngilis dili və Rus dili (arzuolunandır)
  • Kompüter bacarığları
  • MS Office yaxşı səviyyədə

Son müraciət tarixi: 14.08.2024