İşin təsviri
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqa iş yerinə keçirilməsi, vəzifəsinin dəyişilməsi, mükafatlandırılması və s.;
- Əmək və Məşğulluq Altsistemində (ƏMAS) işçilərin işə qəbulu, işdən çıxarılması , vəzifə/əmək haqqı dəyişilməsinin həyata keçirilməsi, məzuniyyət əmrlərinin verilməsi;
- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, bütün növ məzuniyyətlərin rəsmiləşdirilməsi;
- Aylıq davamiyyət cədvəllərinin hazırlanması;
- İşçi işdən çıxan zaman kompensasiyanın hesablamasının həyata keçirilməsi;
- Xəsətlik vərəqələrinin işlənilməsi və sosial məzuniyyətlərin rəsmiləşdirilməsi;
- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən işçilərin icbari sığortasının təmin edilməsi;
- Əmək kitabçalarının doldurulması;
- İşçi bazasının daimi yenilənməsi və izlənilməsi;
Namizədə tələblər:
- Ali təhsil;
- İR sahəsində ən azı 1-3 il iş təcrübəsi;
- Azərbaycan dilini səlis, İngilis və Rus dillərini bilməli;
- Microsoft Office proqramları, xüsusilə Excell proqramı üzrə yüksək biliklər;
- Məsuliyyətli,işgüzar,ciddi,ünsiyyətcil və aktiv olmalı ,Kollevtivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmalı;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko 73
- Ezamiyyə imkanları (zəruri hallarda)
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- İş vaxtı: 09:00 – 18:00
Digər məlumatlar:
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.