Hüquqi təminat şöbəsinin baş mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 25.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyə əsasən müştərilərin uyğunluğu tədbirlərinin aparılmasını təmin etmək;
  • Şübhəli əməliyyatların müəyyən edilməsi və müvafiq səlahiyyətli dövlət orqanına hesabatların verilməsini təmin etmək və digər əməkdaşlar tərəfindən verilən hesabatların keyfiyyətinə nəzarət etmək;
  • Risk kateqoriyaları üzrə müştərilərin və əməliyyatların bölgüsünü aparmaq və kateqoriyalar üzrə nəzarət tədbirlərinin həyata keçirilməsini təmin etmək;
  • Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyə əsasən tələb olunan daxili normativ sənədlərin hazırlanmasını və vaxtaşırı yenilənməsini təmin etmək;
  • Davamlı və dövri monitorinqlərin həyata keçirilməsini təmin etmək və keyfiyyətinə nəzarət etmək;
  • Həyata keçirilmiş əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim olunması barədə MMX-nın sorğularının cavablandırılmasını təmin etmək
  • ƏL/TTM üzrə rəhbərliyə rüblük hesabatlar hazrılamaq;
  • Cəmiyyətin maraqların toqquşması ilə bağlı normativ sənədlərinin tələblərinə riayət edilməsinə nəzarət etmək;
  • Aidiyyəti şəxslərlə bağlı əməliyyatların qanunvericiliyə əsasən tənzimlənməsini izləmək;
  • FATCA/CRS üzrə tələblərə riayət edilməsinə nəzarət etmək və müvafiq hesabatların hazırlanıb səlahiyyətli orqana təqdim edilməsini təmin etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Komplayns sahəsi üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İqtisadiyyat və idarəetmə, Hüquq, Riaziyyat və kibernetika, Maliyyə ixtisasları üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla , Rus dili: orta , İngilis dili: əla
  • Üstünlüklər: Maliyyə sektoru, komplyans üzrə təcrübənin olması, ƏL/TMM üzrə qanunvericilik biliklərin olması.
  • Kompüter bilikləri: MS Office: əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə.

İmtiyazlar:

  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi