İşin təsviri
Vəzifə öhdəliyi:
- Maliyyə hesabatlarının hazırlanması və təhlil edilməsi;
- Şöbənin fəaliyyətinin optimallaşdırılması üçün proseslərin avtomatlaşdırılması üzrə proseslərdə iştirak etmək;
- İstehsal üzrə maya dəyəri və istehsal hesabatlarının hazırlanması və təhlil edilməsi;
- Büdcə məlumatlarının faktiki göstəricilərlə müqayisə edilməsi və hesabatların aylıq olaraq hazırlanması;
- İdarəetmə hesabatlarının hazırlanması.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (Maliyyə, İtqisadiyyat, Mühasibat uçotu və audit sahəsindən məzun olmalıdır)
- İş təcrübəsi: Sahə üzrə ən azı 2 il təcrübə
- Dil bilikləri: Azərbaycan dili (əla) və İngilis dili (yaxşı), Excel, Word, Outlook (çox yaxşı) və MS Power BI bilməsi arzuolunandır.
İş qrafiki:
- 5 günlük qrafik
- İş saatı: 09:00-18:00
Əmək haqqı: 1000-1500 AZN Gross
İş yeri: Sumqayıt şəhəri
Üstünlüklərimiz:
- Nahar ilə təmin edilmə
- Servis ilə təmin edilmə
- Könüllü tibbi sığorta ilə təmin edilmə
- Telefon danışıq limiti
- Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Maliyyə üzrə mütəxəssis” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər