İşin təsviri
İşin təsviri:
- Tikinti aparılan sahələri mütəmadi yoxlamaq, çatışmazlıqlar barədə rəhbərliyə təqdimat vermək;
- Görülən işlər barədə təqdim olunan sənədlərin (F No 2) düzgünlüyünü əyani olaraq yoxlamaq,
- uyğunsuzluq aşkarlandıqda araşdırma aparmaq;
- Layihə sənədlərinə uyğun ümumi tikinti, mexaniki və elektrik təchizatı işlərinin layihə smeta sənədlərinin
- tərtibatı;
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək
- və smeta sənədini hazırlamaq;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi;
- Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması;
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
- Sahələrdən gələn texniki hesabatların yoxlanması;
- Layihələr üzrə iş qrafiklərin tərtib edilməsi və layihə üzrə işlərin planlaşdırılması;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına ,texniki şərtlərə və başqa normativ sənədlərə əməl
- olunmasına nəzarət edilməsi;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlar təqdim etmək;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizini aparmaqla müvafiq tədbirlər görmək;
Namizədə tələblər:
- Cins: Kişi;
- Yaş həddi: 30-50;
- Müvafiq sahə üzrə ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə 3-5 il;
- Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
- Dil bilikləri: Azərbaycan dili (əla), inigilis və rus dilləri (yaxşı);
- Kompüter bilikləri: MS Office və Autocad proqramlarını yaxşı dərəcədə bilməli;
- Ezamiyyətə hazır olmaq;
- Diqqətli və məsuliyyətli olmaq;
- Planlama və təşkilatçılıq qabiliyyəti;
İş şəraiti:
- İş rejimi: 5 gün.
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
- Rabitə xərci şirkət tərəfindən ödənilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə
“Smeta üzrə mühəndis” yazaraq ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.