Koordinator və Logistika mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Aidiyyəti şöbələrdən daxil olan məlumatlar əsasında daşınacaq yüklərin siyahısının tərtib edilməsi;
  • Yükə aid məlumatların toplanması, xüsusi cədvəldə və daxili əməliyyat sistemində qeydiyyatın aparılması;
  • Sifarişçi və təchizatçıdan yük barədə dəqiq məlumatların alınması, sifarişə aid müşayiətedici sənədlərin toplanması və düzgünlüyünün yoxlanılması;
  • Sifarişçi, təchizatçı, daşıyıcı və digər əlaqəli şəxslərlə, şöbələrlə yazışmaların aparılması;
  • Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün lazımi sənədlərin toplanıb, tam həcmdə və təyin olunmuş zaman kəsiyində aidiyyəti əməkdaşlara təqdim edilməsi;
  • Digər şöbələrdən həmçinin prosesdə iştirakçı tərəflərdən daxil olan sorğular cavablandırılması və məlumatların təqdim olunması;
  • Yük yolda olduğu müddətdə daşınmanı izləmək və yenilənmiş məlumatlar əsasında qeydiyyat cədvəllərində dəyişikliklərin edilməsi;
  • Sistem üzərindən sifarişlərin yazılması və izlənilməsi;

Tələblər:

  • Ali təhsil;
  • Səlis Rus dili vacibdir.
  • MS Office, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı;
  • Verilən tapşırıqları təyin olunmuş zaman kəsiyində icra etmək, yaranmış problemləri operativ həll etmək, eləcə də yüksək ünsiyyət bacarığı;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişləri;
  • Beynəlxalq daşımaçılıq sahəsində biliklərin olması;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.

İş şəraiti: 

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə:
  • Sınaq müddəti- 3 ay  
  • 5 günlük iş qrafiki  
  • İş saatı: 08:00-17:00
  • Rəsmi əmək haqqı: 800-1500 azn 
  • İş yeri: Çinar Park biznes mərkəzi

Müraciət forması:

Uyğun namizədlərdən CV-lərini mail ünvanına göndərmələri xahiş olunur.

B.I.Profit Azerbaijan tərəfindən digər vakansiyalar