İşin təsviri
Namizədə olan tələblər:
- Ali təhsil;
- Qeyd edilən sahə üzrə minumum 3 ay təcrübə;
- Kompüter bilikləri: MS Office(Excel və Word);
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, ingilis dili və rus dili biliyi arzuolunandır;
- Dəqiq nizam intizamlı, məsuliyyətli olmaq;
- Operativ və gördüyü işə cavabdehlik;
- Komandada sərbəst işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin hazırlanması, emal edilməsi və arxivləşdirilməsi;
- İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi;
- İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması;
- Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi(sənədlərin yığılması, müqavilələrin imzalatdırılması, sistemdə qeydiyyatının aparılması, imtiyaz və təminatların verilməsi üçün müraciətin olunması, şirkətin daxili qaydaları ilə;
- İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması(işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab;
- Digər strukturlardan daxil olan İR-ı ilə bağlı sorğularının cavablandırılması;
- Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması;
- Hesabatların rəhbərliyə təqdim olunması;
- İş müraciətlərinin işə qəbul şöbəsinə yönləndirilməsi;
- Namizədlərin test mərhələsinin və müsahibələrin keçirilməsində dəstəyin göstərilməsi;
- Yeni gələn namizədlərin ofislə tanış edilməsi və rəhbərliklə görüşlərinin təşkil edilməsi;
- Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsiİşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması.
İş şərtlərimiz:
- İş qrafiki : Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- Əmək haqqı: 554 azn;
- İş yeri: Binəqədi ray, Mədən küç 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İR Assistent” yazaraq email ünvanına göndərmələri xahiş olunur.